Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Azərbaycan Xalq Cuhuriyyətinin 100 illiyi ilə əlaqədar Tiflisdə rəsmi qəbul keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, AXC-nin Tbilisidə elan olunduğu indiki “Gənclər sarayı”nda keçirilən tədbirdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, xarici işlər naziri Mixeil Canelidze, müdafiə naziri Levan İzoriya, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Mahir Dərziyev, Savalan Mirzəyev, Marneuli rayon icra başçısı Temur Abazov, digər rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak edib. Mərasim Azərbaycan və Gürcüstanın dövlət himnlərinin ifa olunması ilə başlayıb.

  

Tədbirdə çıxış edən D.Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma, süqut etməsi tarixi və müasir Azərbaycanın hər istiqamətdə əldə etdiyi böyük uğurlardan danışıb: “Azərbaycan və Gürcüstan azad və işıqlı gələcəyi olan və beynəlxalq arenada nüfuzlu ölkələrdir. Müstəqillik ən böyük sərvət və nailiyyətdir. Bundan sonra da iki dövlət müstəqil olaraq inkişaf edəcək. Bu yolda hər iki xalqa uğurlar diləyirəm”.

 

Sonra çıxış edən G.Kvirikaşvili Azərbaycan xalqını Respublika günü və ilk respublikanın yaranmasının 100 illiyi münasibətilə təbrik edib. Baş nazir iki gün öncə Gürcüstanda Müstəqillik günü və ilk respublikanın yaranmasının 100 illiyinin qeyd olunduğunu xatırladıb.

 

G.Kvirikaşvili Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi strateji layihələrin region üçün əhəmiyyətindən danışaraq onların regionda sülh və əmin-amanlığa xidmət etdiyini qeyd edib.

Daha sonra simvolik olaraq Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik aktı oxunub. Rəsmi qəbul konsert proqramı ilə davam etdirilib.

 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina