Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Temur Abazov Gürcüstanın baş prokuroruna müraciət edib

Gürcüstanın Marneuli rayonunun keçmiş rəhbəri Temur Abazov baş prokuror Şalva Tadumadzeyə müraciət edib.

 

APA-nın yerli bürosunun məlumatına görə, T. Abazovun vəkili Qagi Mosiaşvili keçirdiyi brifinqdə bildirib ki, baş prokurordan avqustun 6-na təyin olunmuş məhkəmə dinləməsinin təxirə salınması xahiş olunub. 
 

Vəkil qeyd edib ki, müdafiə tərəfi Baş prokurorluğun 2 ay ərzində müvafiq sübutlar əldə etdiyinə şübhə edir: "Hazırda işə yalançı şahidlər cəlb olunur. Baş prokurordan işi şəxsi nəzarətinə götürməyi və məhkəmə iclasının sentyabrın 20-nə qədər təxirə salınmasını xahiş edirik”. 
 

G. Mosiaşvili həmçinin bildirib ki, T. Abazov Marneuli rayonunun rəhbəri vəzifəsində çalışarkən rayonda qanun çərçivəsində korrupsiyaya qarşı mübarizə aparıb və bu, bəzi qrupların marağına uyğun olmayıb: "Bizdə olan məlumata əsasən, Marneulidə baş vermiş insidentdən öncə Temur Abazov fiziki təzyiqə məruz qalıb. Müdafiə tərəfi bununla bağlı araşdırmanı davam etdirir”.
 

 

Vəkil əlavə edib ki, istintaq obyektiv aparılsa, T. Abazovun günahsız olduğu sübuta yetiriləcək.   
 

Qeyd edək ki, T. Abazov iyunun 13-də Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Rustavi şəhər məhkəməsinin qərarı ilə o, həbs olunub. İş üzrə ilkin məhkəmə dinləməsi avqustun 6-na təyin olunub. T. Abazov günahını etiraf etməyərək, qanunu pozmadığını bildirib

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina