Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Darvazlı rejissor Tiflisdə “Əli və Nino” sənədli filmini təqdim edib

Tiflisdə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində “Əli və Nino” qəsametrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.

 

APA-nın yerli bürosunun məlumatına görə, film “Orbeliani – Gürcüstan” Fondunun “Biz Gürcüstana məxsusuq” layihəsi çərçivəsində maliyyələşdirilib.

 

Filmin əsas qəhrəmanları Gürcüstanda yaşayan azərbaycanlı və gürcü sevgili və ailə cütlükləridir. Dörd cütlük film boyu sevgi hekayələrinin tarixçələrindən bəhs edir. Ekran əsərində Azərbaycan mahnı və musiqi nümunələrindən istifadə olunub.

 

Filmin layihə rəhbəri Ləman Məmmədova, rejissoru Rabil İsmayılov, operatoru isə Elçin Kazımovdur.  Təqdimat mərasimində çıxış edən R. İsmayılov filmin ideyasının yaranma tarixindən danışıb. O bildirib ki, filmin əsas mövzusu bu gün də aktualdır və film bəzi mövcud stereotipləri dağıdır. R. İsmayılov əlavə edib ki, “Əli və Nino” sənədli filminin Tbilisidə “Mziuri” parkında, Marneuli və Qardabani rayonlarında da nümayişi nəzərdə tutulub.

 

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Rəhim Rəhimzadə, gürcü və azərbaycanlı gənclər,ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, filmin rejissoru Rabil İsmayılov Darvazlıdır. Gənc rejissorumuzu www.Darvaz.com redaksiya heyəti adından təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

www.Darvaz.com

 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina