Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

DOLLAR DÜNYAYA NECƏ HAKİM OLDU?

Fort Noks hərbi bazası və "Bretton Woods" sistemi:
22 Iyul 1944-cü ildə hələ 2-ci dünya müharibəsi davam edərkən Avropa,SSSR və ABŞ maliyyə təmsilçiləri ABŞ-ın New Hampshire ştatının Bretton Woods şəhərində konfrans keçirirlər.Həmin konfransda təklif olunur ki əsasən Avropanın qızıl aktivləri ABŞ ərazisində saxlanılsın.Çünki o zaman avropada müharibə olduğundan və müharibənin nəticəsini hələ heç kim dəqiq bilmədiyindən bu təklifə SSSR-dən başqa bütün ölkələr razı olmuşdular.Amma bu ölkələr öz qızılları üçün qarant tələb etdilər.ABŞ isə təklif etdi ki sizin qızılınızın dəyərində dollar əskinazları dövriyyəyə buraxacam və qızıllarınızın dəyərində sizə əlavə dollar əskinazları verəcəm və siz istədiyiniz zaman gətirib dollarları mənə geri verməklə öz qızıllarınızı götürə biləcəksiniz.Qərara alındıki həmin qızıllar Kentukki ştatında Fort Knox hərbi bazasında saxlanılsın.Burda həmdə ABŞ-ın öz qızıl aktivləri də saxlanılırdı.Razılaşmaya əsasən ABŞ Fort Noks-da olan qızıl ehtiyatlarından çox dollar çap edə bilməzdi.Beləliklə qızıl sahibi ölkələr öz qızıllarının dəyərini bilmiş olacaqdılar.Sonralar ABŞ-ın etibar qazanmasından sonra bu razıllaşmaya demək olarki bütün ölkələr də qoşuldular.Müharibə qurtardıqdan sonra Avropada "müharibə qurtardı indi dollarları neynəyək?" məsələsi gündəmə gəldi.İlk dəfə 1965-ci ildə Şarl Deqollun təkidi ilə öz dollarlarını təhvil verəməklə 5 milyard dollar dəyərində öz qızıllarını geri götürən ölkə Fransa olmuşdu.Bundan sonra ABŞ "Bretton Woods" anlaşmasına riayyət etməməyə başladı.ABŞ gördü ki Fransanın ardınca başqa ölkələr də bu addımı ata bilərlər.ABŞ bundan sonra nəinki ölkələrə öz qızllarını götürməyə icazə vermədi, hələ o ölkələrə öz qızıllarını saymağa da Fort Noks-a buraxmadı.Bu addımı ABŞ rəsmiləri yüksək təhülkəsizlik tədbirləri ilə əlaqələndirdilər.Bir dəfə Almaniya öz qızıllarını saymaq üçün Fort Noksa öz nümayəndələrini göndərməyə müraciət etsədə rədd cavabı almışdı.1965-ci ildən sonra ABŞ "Bretton Woods" anlaşmasını pozaraq qızıl ehtiyatlarından çox, istədiyi qədər dollar çap etməyə başladı.Avropada isə ölkələr qızıllarını geri götürə bilmədikərinə görə dollarları əllərində qaldı və beləliklə dollar avropada və dünyada əsas pul vahidi olaraq qaldı.Son illərdə Hollandiya Fort Noks-dan öz qızıl ehtiyatlarının yarısını geri çəkdi.Hazırda dünya ölkələrinin Fort Noks-da 400 milyard dollar civarında qızıl ehtiyatı saxlanılır."Bretton Woods" anlaşmasına ABŞ riayət etməsə də ancaq "Bretton Woods" sistemi hələdə dünyaya hakimdir.Hazırda həmin "Bretton Woods" sistemini Ümumdünya Valyuta Fondu icra edir.

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina