Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanda azərbaycanlı abituriyentlər Təhsil Nazirliyi qarşısında aksiya keçirib

Gürcüstanda keçid balı toplamış 500-dək azərbaycanlı abituriyent ali məktəblərə qəbul ola bilmir

Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən olan bir qrup abituriyent sentyabrın 6-da bu ölkənin Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin qarşısında aksiya keçirib.

AZƏRTAC xəbər verir ki, aksiyada paytaxt Tbilisi ilə yanaşı, Marneuli və Qardabanidən olan abituriyentlər və onların valideynləri iştirak ediblər.

Bildirilib ki, bu il mindən çox azərbaycanlı məzun Gürcüstan Vahid İmtahan Mərkəzinin müəyyən etdiyi qaydalara uyğun olaraq, ali məktəblərə qəbul imtahanlarında iştirak edib. Onlar lazımi miqdarda keçid balı toplasalar da, seçdikləri universitetlərə qəbul ola bilməyiblər. Səbəb isə həmin universitetlərdə təhsil almaq üçün daha yüksək bal toplayanların çoxluğu və azərbaycanlı abituriyentlərin daha az universitet seçmələridir.

Aksiyaya rəhbərlik edən "Avropa Gürcüstanı" partiyasının liderlərindən biri Əhməd İmanquliyev jurnalistlərə bildirib ki, indi əsas məqsəd nazirliyin köməyi ilə həmin abituriyentlərin digər universitetlərdəki vakant yerlərə yerləşdirilməsinə nail olmaqdır. Onun sözlərinə görə, bu gün 482 abituriyent imtahan verərək müəyyən olunmuş keçid balını toplayib. Lakin onlar təhsil almaq üçün çox məhdud sayda universitet seçiblər.

Abituriyentlər adından Gürcüstan parlamentinə və nazirliyə müraciət olunub. Hazırda bu dövlət qurumundan cavab gözlənilir.

Ə.İmanquliyev məsələnin diqqətdə saxlanılacağını və abituriyentlərin ali məktəblərə yerləşdirilməsi üçün qanun çərçivəsində bütün imkanlardan istifadə olunacağını bildirib.

 

Xətayi Əzizov

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina