Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Bu il Gürcüstanda 800-ə yaxın azərbaycanlı ali məktəblərin hazırlıq kursuna daxil olub

Bu il 788 azərbaycanlı Gürcüstanın ali məktəblərinin hazırlıq kurslarına qəbul olub. Onların 689-u şəxsi və ya sponsor hesabına, 99 nəfəri isə Gürcüstan dövlətinin hesabına təhsil alacaq. Bu gənclər hazırlıq kurslarında bir il gürcü dili üzrə təhsil alacaq, sonra gürcü dilindən imtahan verəcəklər. İmtahanda tələb olunan balı toplayan gənclər ali məktəblərin bakalavr pilləsi üzrə seçdikləri ixtisas üzrə təhsil alacaqlar.

AZƏRTAC xəbər verir ki, bu göstərici ilə azərbaycanlılar 2018-2019-cu tədris ilində Gürcüstanın ali məktəblərinə milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4” proqramı üzrə qəbul olunanlar arasında birinci yerdədirlər.

Azərbaycanlı gənclərin 253 nəfəri Gürcüstan Texniki Universitetinin, 235-i İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin, 192-si isə İlya Dövlət Universitetinin hazırlıq kursuna qəbul olunub.

Daha 49 gənc soydaşımız Gürcüstan Tibb Universitetinin, 34-ü Suxumi Dövlət Universitetinin, 6-sı İ.Qoqebaşvili adına Telavi Dövlət Universitetinin, 5-i A.Tsereteli adına Kutaisi Dövlət Universitetinin, 5-i D.Ağmaşanebeli adına Gürcüstan Milli Müdafiə Akademiyasının, 3-ü Avroregional Təhsil Universitetinin, 3-ü Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin tələbələridir.

Gürcüstan Təhsil Akademiyası, Tbilisi Təhsil Universiteti və A.Kutateladze adına Dövlət Rəssamlıq Akademiyasının hər birinin hazırlıq kurslarına 1 azərbaycanlı qəbul olunub.

Xətayi Əzizov

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina