Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Kaxetidə qarşıdurma baş verib; Qaracalar kəndinin sakinləri xəsarət alıblar

Kaxetinin Telavi bələdiyyəsi ərazisində yerləşən Vardisubani kəndindəki mal-qara bazarında qarşıdurma baş verib. Telavi bələdiyyəsinin Qaracalar kənd sakinlərinə silahlı hücum edilib. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, Rustavi 2 TV bildirib ki, bazara gələn 6 nəfər silahlı şəxs 4 nəfər Qaracalar kənd sakinləri ilə dalaşıblar. Hadisə zamanı 3 nəfər Qaracalar sakinl müxtəlif bədən xəsarəti alıblar. Bir nəfər Qaracalar kənd sakini boynyndan güllə yarası alıb. Qarşıdurmada 14 yaşlı yeniyetmə də yaralanıb. Bazar günü yaralanan 4 nəfər Qaracalar sakini olan azərbaycanlılar Telavidəki xəstəxanaya yerləşdirilib.

İnsident zamanı avtomobillər də zədələnib.

Hadisə yerinə patrul maşını çağırılıb.

Hadisə zamanı xəsarət alanların söylədiyinə görə, mübahisəyə səbəb bir həftə əvvəl torpaq sahəsi üstə olub. Mübahisə bazar günü səhər tezdən mal-qara bazarında yenə də davam edib. Qaracalar kənd sakinlərinə hücum edən əli silahlı şəxslər qoyunlarını otaracaq sahəsindən çıxarmağı tələb ediblər.

Faktla bağlı Gürcüstan CM-nin 118-ci maddəsilə cinayət işi qaldırılıb. İnsident zamanı cinayət törədənləri ya 18 ay, ya da 3 il azadlıqdan məhrumetmə gözləyir.
Hələlik heç kim saxlanılmayıb.



www.gaxa.ge

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina