Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları şəhid ailələrinin qayğıları ilə maraqlanıblar

Sentyabrın 25-də Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Gürcüstan vətəndaşları Elşad Budaqov və Elşən Məmmədovun ailələrinə baş çəkib, qayğıları ilə maraqlanıblar.

Səfirliyin əməkdaşları Bolnisi rayonunun Kəpənəkçi kəndində şəhid Elşad Budaqovun ailəsinə baş çəkiblər. Bildirilib ki, şəhid E.Budaqov 1992-ci il sentyabrın 24-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. O, şücaəti, qorxmazlığı ilə hər zaman fərqlənib. İgid əsgərin xatirəsi bu gün təkcə Gürcüstanda, doğulub boya-başa çatdığı Kəpənəkçi kəndində deyil, Azərbaycanda da ehtiramla yad olunur.

Səfirliyin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov səfir Dursun Həsənovun adından şəhid ailəsinə başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıb.

Səfirliyin əməkdaşları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, xatirə ağacı əkiblər.

Diplomatlar, həmçinin Bolnisi rayonunun Zolgüvəc kəndində olub, şəhid Elşən Məmmədovun ailəsinə baş çəkiblər.

Bildirilib ki, Elşən Məmmədov hərbi xidmətdə nizam-intizamı və mərdliyi ilə diqqət mərkəzində olub. O, hərbi hissə komandirinin və şəxsi heyətin hörmətini qazanıb.

E.Məmmədov ölümündən sonra III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

Hərbi attaşe aparatının zabitləri, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət ediblər.

Şəhidin adına açılmış bulağın önünə toplaşanlar onun qəhrəmanlığından, saflığından və vətənpərvər olmasından danışıblar.

Fuad İbrahimov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımız da diqqətdən kənarda qalmayıblar. Azərbaycan dövləti onlara daim qayğı göstərib və bu, davamlı olacaq.

Xətayi Əzizov

 


 

 

 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina