Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanda Azərbaycan dilli məktəblər məhv olur

2010-cu ildə Gürcüstanda 124 Azərbaycan dilli məktəb olub, hazırda isə Azərbaycan dilli məktəblərin sayı 80-dir

Oktyabrın 3-də Təhsil Xidmətləri Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, QHT nümayəndələri və digər şəxslər iştirak ediblər.

 

Tədbirdə çıxış edən AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərindən danışıb: "Gürcüstanda azərbaycanlıların təhsil aldığı məktəblərin sayının azalması narahatedici faktdır. SOCAR və Heydər Əliyev Fondu Gürcüstanda təhsil almaq istəyən şəxslərə yardım göstərir. Lakin bu kifayət etmir".  

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, ekspert Kamran Əsədov qeyd edib ki, 2017-2018-ci tədris ilinin sonunda Azərbaycan dilli məktəblərdə təhsil alan şagirdlərin sayı 15150 nəfər təşkil edib: “Sovet dövründə Gürcüstanda 183 Azərbaycan dilli məktəb olub. 1999-cu il statistikasına görə isə Azərbaycan dilli məktəblərin sayı 167-dək azalıb. 2010-cu ildə Gürcüstanda 124 Azərbaycan dilli məktəb olub, hazırda isə Azərbaycan dilli məktəblərin sayı 80-dir".

Ekspert onu da qeyd edib ki, Gürcüstan universitetlərində Azərbaycan dilli məktəblər üçün müəllim hazırlayan fakültələr də yoxdur.

Kamran Əsədov vurğulayıb ki, Gürcüstanda Azərbaycan dilində təhsil verən müəllimlərin olmaması yaxın gələcəkdə Azərbaycan dilli məktəblərin yox olmasına gətirib çıxaracaq: "Ana dilində təhsil verən müəllimlər qocalır, get-gedə sayları azalır. Onların yerinə isə heç bir fənn üzrə gənc kadr meydana çıxmır". 

 Təşkilat sədri onu qeyd edib ki, Azərbaycan məktəblərində kadr çatışmazlığını həll etməyin yeganə yolu Gürcüstanda tez bir zamanda Azərbaycan pedaqoji universitetinin əsasının qoyulmasına nail olmaqdır. Bu da yalnız Azərbaycan dövlətinin dəstəyi ilə baş tuta bilər.
 

Daha sonra Milli Məclisin deputatı Fazil Mustafa çıxış edib. O, Gürcüstanda erməni dilində təhsil almaq üçün hər cür şərait yaradılıb, amma bizim orada yaşayan soydaşlarımız Azərbaycan dilində təhsil almaqda ciddi problemlər yaşayır. O bildirib ki, bu problem demək olar ki, Qarabağ problemi ilə eyni səviyyədədir:

“Biz məktəb məsələsinə ciddi yanaşmalıyıq. Məktəblərlə bağlı ictimai hərəkat başlamalıdır. Mən daha əvvəl də ictimai fondun yaradılması təklifi ilə çıxış etmişdim. Orada yaşan soydaşlarımızda təhsilə maraq yaradılması üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Orada erməni dilində dərs keçən məktəblər yaxşı durumdadır, lakin Azərbaycan məktəbləri ilə bağlı vəziyyət qənaətbəxş deyil. Hökumətimiz azərbaycanlılara qarşı ayrı-seçkilik edilməməsi üçün Gürcüstan hökuməti qarşısında məsələ qaldırmalıdır”.

Deputat vurğulayıb ki, sözügedən məsələ çərçivəsində dövlət adamları ilə müzakirələr aparıb:

“Mən bu haqda təkliflər də irəli sürmüşəm. Gürcüstandakı iş adamlarımız da bu məsələdə köməklik göstərməlidirlər. Gürcüstan qanunlarına uyğun olaraq bu məsələləri həll etmək mümkün olar. Bu problemləri Milli Məclisdə də qaldırmalıyıq”.
 

Tədbir iştirakçıları, rəsmi müraciət olmasına baxmayaraq, Təhsil Nazirliyinin və diaspor nümayəndələrinin tədbirdə iştirak etməməsini təəssüfləndirici hal kimi qiymətləndiriblər.

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina