Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcü dilini bilmədən əcnəbilərə Gürcüstanda daimi yaşayış üçün icazə verilməyəcək

Gürcüstanda bundan sonra əcnəbilərə gürcü dilini bilmədən daimi yaşamaq icazəsi verilməyəcək. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin məlumatına görə, bu barədə “Əcnəbilərin hüquqi vəziyyəti və vətəndaşlığı olmayan şəxslər haqqında” Gürcüstanın qanun layihəsində edilən dəyişikliklərdə bildirilib.

Qanun layihəsinin müəllifi parlamentin "Milli Hərəkat" fraksiyasıdır. Layihəyə dair izahlı qeyddə ölkədə iş icazəsi və daimi yaşayış yeri əldə etmək üçün, habelə qeyri-qanuni miqrasiyaya aid şəraitin sərtləşdirilməsi ilə bağlı qanunvericilik təşəbbüsü nəzərdə tutulur.

"Təşəbbüsün məqsədi daimi yaşayış üçün icazənin verilməsi qaydalarını sərtləşdirməkdir. Yalnız 6 il müddətinə müvəqqəti yaşayışa icazə daimi yaşayış üçün kifayət qədər əsas olmayacaq. Əlavə tələblər olaraq əcnəbilərin dövlət dilini elementar səviyyədə bilməsi zəruri hesab ediləcək. Həmçinin əcnəbilər Gürcüstana 200 min ABŞ dollarına bərabər olan lari həcmində investisiya yatırmalı və ya əcnəbilərin əmlakı olmalıdır", - qanunvericilik təşəbbüsündə deyilir.

Qeyd edək ki, Gürcüstan parlamentinin Siyasi İqtisadiyyat Komitəsi ilk oxunuşda qanun layihəsini və onun prinsiplərini dəstəkləyib. Məlumata görə, layihəyə səsvermə növbəti yığıncaqda keçiriləcək.

 

www.gaxa.ge

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina