Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanda müəllimlərin maaşı 2 min lari olacaq

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin facebook səhifəsində verilən məlumata görə, Gürcüstanda məktəb rəhbərlərinin, müəllimlərin və işçilərin maaşları 2019-cu ildən etibarən artacaq. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin məlumatına görə, müəllimlərin maaşının artması 2019-2021-ci illərdə planlaşdırılır.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilə qədər müəllimlərin orta aylıq əmək haqqı 1,8 min lari (təxminən 660 dollar) təşkil edəcək, ən yüksək səviyyəli müəllimlər isə 2 min lari (732 dollardan çox) və daha çox maaş alacaqlar.

Nazirlik həmçinin, şagirdlərin tənqidi və azad düşüncə inkişafına kömək olunacağını və məktəbi daha maraqlı və müasir hala gətirəcək təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün "yenilik" etməyi planlaşdırdıqlarını bildirib. Bu yeni bir tədris planı, yenilənən məktəb kitabları və digər tədris resursları, dərs prosesinə fərqli bir yanaşma, daha çox analiz, texnologiya tətbiqi, məktəblərdə yenilik və sair bir çox sahəni əhatə edən yeni bir tədris modelinin tətbiqi olacaq.

Qeyd edək ki, təhsil nazirliyi təhsil sisteminin geniş miqyaslı islahatını həyata keçirir. İslahat ibtidai, məktəbəqədər təhsil; ümumi təhsil; peşə təhsili; ali təhsil; elm - beş sahə üzrə həyata keçiriləcək.

www.gaxa.ge

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina