Gürcüstanda Prezident seçkilərinin ikinci turu noyabrın 28-də baş tutacaq.
Bu barədə qərar Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul olunub.
İclasda Prezident seçkilərinin birinci turunun nəticələrinə yekun vurulub. MSK sədri Tamar Jvania yekun protokolu imzalayıb.
Qeyd edək ki, Prezident seçkilərinin birinci turu oktyabrın 28-də baş tutub. Seçkilərin ikinci turunda mübarizə iqtidar partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Güc Birliktədir blokunun namizədi Qriqol Vaşadze arasında aparılacaq.