Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Marneuli meri Teymur Abazov məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Rustavi Şəhər Məhkəməsi T. Abazovun azadlığa buraxılması ilə bağlı qərar qəbul edib. Qərarın qəbulu ilə bağlı T. Abazovun qohumları və yaxınları da xəbəri təqdiqləyiblər.

Qeyd edək ki, T. Abazovun məhkəmə prosesində iştirak edən qohumları bildiriblər ki, iki aylıq həbsdə saxlanılan şəhər merinə qarşı qaldırılan ittihamlar düzgün deyil, belə ki, bu ittihamları təsdiqləyən faktlar olmayıb. Rustavi şəhər məhkəməsinin qərarı ilə o, 2 ay müddətinə həbs olunub. Bu müddətdə iş üzrə ilkin məhkəmə dinlənilməsi bir neçə dəfə davam edib.

İyul ayında T. Abazovun vəkili onun 40 min lari girov məbləğində azadlığa buraxılmasını tələb edib. Məlumata görə, vəkilin vəsatəti təmin edilməyib. Hakim T. Abazovun həbsdə saxlanılması ilə bağlı qərarı qüvvədə saxlayıb.

T. Abazovun azadlığa buraxılması ilə bağlı dekabrın 11-də daha bir məhkəmə iclası keçirilib. Məlum olub ki, məhkəmədə hallandırılan bioloji ekspertiza materialları T. Abazova aid olmayıb.

Sonra məhkəmədə onun azadlığa buraxılmağı ilə əlaqədar sövdələşmə məsələsi gündəmə gəlib. Bildirilib ki, T. Abazov bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyib. Növbəti məhkəmə prosesi dekabrın 13-ə keçiriləcəyi barədə xəbər yayılıb.
Dekabrın 13-də baş tutan məhkəmə iclasında isə Temur Abazov məhkəmə zalından 10 min lari ödədikdən sonra azad edilib. Hakim azad olunmaqla bağlı əvvəlki ərizələri nəzərə alıb və o, bu gün azadlığa buraxılıb.

Hakim hesab edib ki, bu mərhələdə T. Abbazovun şahidlərə heç bir təsiri olmayıb.

Xatırladaq ki, T. Abazov iyunun 13-də Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Aparılan məhkəmə iclaslarında T. Abazov günahını etiraf etməyib və o, qanunu pozmadığını bildirib.

P.S. Qeyd edək ki, T. Abazov nahaq yerə həbsdə qalıb və faktla bağlı qaldırılan ittihamlar təsdiqini tapmayıb və belə olan tərzdə T. Abazov öz vəzifəsinə qayıtmalıdır.

www.gaxa.ge

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina