Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Tbilisi və Rustavi şəhərlərində Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın ölkəmizdəki səfirliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Tbilisi və Rustavi şəhərində anım tədbiri keçirilib.

24news.ge xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Milli Məclisin üzvləri Əflatun Amaşov və Rasim Musabəyov, səfirlik əməkdaşları Tbilisidəki Heydər Əliyev adına parkda ulu öndərin büstünü ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.

Anım tədbirinə qatılan “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, ziyalılar və ictimaiyyət nümayəndələri də ümumilli liderin xatirəsini ehtiramla anaraq büstünün önünə gül dəstələri düzüblər.

Mərasim daha sonra Rustavi şəhərində davam etdirilib. Şəhərin Heydər Əliyevin adını daşıyan park ziyarət olunub, Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyulub.

Tədbirdə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, qubernator müavini Zaur Darğallı, Rustavi şəhər meriyasının rəhbər şəxsləri də iştirak ediblər.

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina