Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanda kişinin orta aylıq əmək haqqı 1360 lari, qadının isə 851 laridir

Statistika Xidmətinin göstəricilərinə görə, 2018-ci ilin üçüncü rübünə olan vəziyyətə görə, Gürcüstanda verilən orta əmək haqqının həcmi 1125,5 lari idi. Bu bir il əvvəl olan göstəricilərlər müqayisədə 56 lari artıqdır.

Statistikaya əsasən kişilər tərəfindən alınan əmək haqqının orta göstəricisini qadınların maaşından fərqlənir.

Rəsmi statistikaya görə, Gürcüstanda kişilərin əmək haqqı orta hesabla ayda 1360 lari, qadınların maaşı isə bundan 509 lari az, yəni 851 laridir.

Gürcüstanda kişinin maaşı qadının maaşından orta hesabla 37% artıqdır.

Bu demək deyil ki, eyni vəzifədə çalışan qadın və kişilərin maaşı 37%-lə fərqlənir. Bu o deməkdir ki, qadınlar tərəfindən yerinə yetirilən ümumi işin dəyəri müqavilə ilə işlə təmin olunmuş qadınların sayına bölünüb və kişilərin gördüyü işin ümumi dəyərindən 37% azdır.

Statistika göstərir ki, qadınlar bu gün daha aşağı maaşlı vəzifələrdə çalışırlar nəinki kişilər.

Dünya iqtisadi forumunun hesabatı – Gender Gap-a əsasən, Gürcüstan qadın və kişilərin bərabər imkanlarının təmin olunması baxımından dünyada 94-cü yerdədir. Bu baxımdan birinciliyi İslandiya, Norveç və Finlandiya tutur.

Gürcüstanda ən yüksək maaş maliyyə sektorundadır və o, 2300 larini təşkil edir. Ən aşağı maaş isə təhsildədir.

İxtisas növlərinə görə, orta maaşlar:

Təhsil – ayda 586 lari;
Kənd təsərrüfatı – ayda 702 lari;
Mehmanxanalar, restoranlar – ayda 906 lari;
Kommunal və sosial xidmətin göstərilməsi – ayda 913 lari;
Sənayeçilik – ayda 960 lari;
Səhiyyə – ayda 985 lari;
Ticarət – ayda 1028 lari;
Dövlət İdarəçiliyi – ayda 1320 lari;
Energetika – ayda 1329 lari;
Dağ-mədən səanyeçiliyi – ayda 1359 lari;
Nəqliyyat və əlaqə – ayda 1402 lari;
İstifadəçiyə xidmət göstərmə – ayda 1482 lari;
İnşaat – ayda 1721 lari;
Maliyyə işi – ayda 2354 lari;

Qeyd olunan statistika yalnız kirayələnmiş işlə təmin olunanların maaşından tərtib olunub. Müvafiq olaraq o, minlərlə hansısa sektorda qeyri-formal olaraq, müqavilə ilə və yaxud özünü işlə təmin etmə ilə çalışan adamın gəliri haqqında məlumat daşımır.

Mənbə: marneulifm.ge

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina