Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Baş nazir: “Gürcüstan əhalisinin böyük hissəsi yoxsul vəziyyətdə yaşayır”

“Təəssüflər olsun ki, Gürcüstan əhalisinin böyük hissəsi yoxsul vəziyyətdə yaşayır”.

24News.ge xəbər verir ki, bu sözləri baş naziri Mamuka Baxtadze hökumətin illik hesabatının təqdimatında bildirib.

O deyib ki, Hökumət 2012-ci ildən başlayaraq ölkənin üzləşdiyi ən çətin problem olan yoxsulluğun aradan qaldırılması üçün real addımlar atıb: “Bizim bu məsələ ilə bağlı əhəmiyyətli nailiyyətlərimiz var. Biz yoxsuluğu 10 faizə yaxın azalda bilmişik. İşsizlik də əvvəllər olduğu kimi əsas iqtisadi problem olaraq qalır və bu, ölkəmizin sürətli inkişafı üçün çətin maneədir. Təbii ki, bizim üçün əsas vəzifə yoxsulluğun aradan qaldırılmasıdır”.

M.Baxtadze ölkədə əhəmiyyətli islahatların həyata keçirildiyini bildirib: “Əminəm ki, bu islahatlar bizə yoxsulluq problemini həll etməyə kömək edəcək, lakin bunun üçün zaman tələb olunur”.

Baş nazir yoxsulluqla yanaşı Gürcüstan ərazilərinin işğalını da ölkə qarşısında dayanan ən ağrılı problem adlandırıb: “Milli vəzifəmiz hər iki problemin öhdəsindən birgə səylərlə gəlmək və hər bir vətəndaşın bu məsələ ətrafında birləşməsinə nail olmaqdır. Hamı ölkədə yoxsulluğun olmamasını və layiqli həyat sürmək imkanının olmasını arzu edir”.

www.24news.ge

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina