Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstan məhkəməsi Fərman Ceyranlının həbs müddətini azaltdı

Gürcüstanda həbsdə olan cərrah, "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlının cəzası azaldılıb. Qərarı dekabrın 20-də Gürcüstan Apellyasiya Məhkəməsi qəbul edib.

Ceyranlının qızı Lalə Hüseynli bildirib ki, atasının 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmdən bu ilin yazında verilmiş apellyasiya şikayətinə baxış nəhayət başa çatıb.

"Məhkəmə bu gün qərarını elan etdi. Atama verilmiş 6 il azadlıqdan məhrumetmə cəzası 2 il 3 ayadək azaldıldı", Hüseynli bildirib. O, qərarın detalları haqda hələlik məlumatlı olmadığını deyib.

L.Hüseynlinin sözlərinə görə, atası və vəkilləri məhkəmədən bəraət hökmünün çıxarılmasını, dərhal azadlığa buraxılmasını xahiş edib. Sonrakı hüquqi prosedurlar barədə bu günlərdə qərar verəcəklər.

Fərman Ceyranlı artıq 18 aydan çoxdur ki, həbsdədir. Onun 2 il 3 aylıq cəzası gələn ilin avqust ayında başa çatacaq.

Əslən Gürcüstandan olan Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib. 1994-cü ildə Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedib. Orada "Lancet" klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib.

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina