Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstan prezidentindən komandasında azərbaycanlı gənclərin yer alması xahiş olunub

 

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov ölkə Prezidenti Salome Zurabişviliyə yerli azərbaycanlı gənclərin işsizlik problemi ilə bağlı müraciət edib.

24News.ge xəbər verir ki, müraciətdə Gürcüstanın ali məktəblərini uğurla bitirən üç mindən artıq azərbaycanlı gəncin 90 faizdən çoxunun işsiz olduğu bildirilib.

GAK sədri qeyd edib ki, Gürcüstanda sayca ikinci millət olan azərbaycanlılar dövlət qurumlarında layiqincə təmsil olunmurlar və bu da ədalətsizlikdir.

“Dmanisi və Bolnisi rayonlarında yaşayan əhalinin 70 faizə yaxını azərbaycanlılar olsa da, onlar yalnız yerli bələdiyyələrdə minimum şəkildə təmsil olunurlar. Kaxeti bölgəsində 50 mindən artıq azərbaycanlının yaşamasına baxmayaraq, onlar da ali dövlət qurumlarında deyil, yalnız kəndlərin yerli idarəetmə orqanlarında çalışırlar. Şida Kartli bölgəsi, Tbilisi və Rustavi şəhərlərində də azərbaycanlıların dövlət qurumlarında təmsilçiliyi məsələsi daha ağrılıdır”, - deyə müraciətdə vurğulanıb.

H.Yusubov müraciətinin sonunda S.Zurabişvilidən GAK-ın üzvü olan gənc ziyalı azərbaycanlıların Prezident Administrasiyasında təmsil olunmasına şəraitin yaradılmasını xahiş edib. O qeyd edib ki, bir-iki nəfər azərbaycanlı gəncin dövlət başçısının aparatında təmsil olunması Gürcüstanda yaşayan azərbaycanlıların işsizlik problemini həll etməsə də, onların vətəndaş cəmiyyətinə inteqrasiyasına stimul verə bilər.

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina