Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Tiflisdə 20 Yanvar faciəsini əks etdirən fotosərgi keçirilib

Yanvarın 17-də Gürcüstanın Milli Parlament Kitabxanasında Qafqazda məşhur olan fotomüxbir Şahvələd Əli oğlu Ayvazovun Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgisi açılıb. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, gürcü və azərbaycanlı cəmiyyətlərin üzvləri, Azərbaycanın Gürcüstanda fəaliyyət göstərən müxtəlif şirkətlərin rəhbərləri və gürcü və azərbaycanlı ziyalılar, həmçinin jurnalistlər iştirak edib.

Səfir tədbirdə çıxış etməmişdən əvvəl fotomüxbir Şahvələd Ayvazovun fotosərgisinə baxıb. O, peşəkar fotomüxbirin foto sənətini yüksək qiymətləndirib. Sonra tədbirdə çıxış edən D. Həsənov 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib, həmçinin fotomüxbir Şahvələd Ayvazovun foto əsərlərinin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Səfir 1990-cı ilin 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixinə qanla yazıldığını və 20 Yanvar faciə qurbanlarının qəhrəmanlığının Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunduğunu və şəhidlərin mübarizliyi haqqında və onların Azərbaycan dövlətinin müstəqilliyi yolunda qəhrəmanlıq və rəşadət göstərdiklərini qeyd edib. D. Həsənov şəhidlərə rəhmət diləyib və onların daim yaddaşlarda yaşayacağını bildirib.

Tədbirdə azərbaycanlı jurnalistlərdən Azərbaycanın Əməkdar Jurnalisti, GAXA.ge saytının rəhbəri Nizami Məmmədzadə, AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov, “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyev və şirkət rəhbərləri, gənclər çıxış edərək peşəkar fotomüxbir Şahvələd Ayvazovun 20 Yanvar və 9 Aprel faciələri zamanı peşəkarlıqa çəkdiyi fotoların mənalı və yaddaşlarda qalan foto əsərlərindən söhbət açıblar. Çıxışçılar onun Dağlıq Qarabağ və Osetiya, Abxaziya münaqişə bölgələrindən çəkdiyi bir çox mənalı və təsirli foto əsərləri də olduğunu qeyd ediblər.

Tədbirdə bildirilib ki, fotomüxbir Ş. Ayvazov 1956-cı il iyunun 26-da Tiflis şəhərində anadan olub və o, dəfələrlə dövlət və hökumət mükafatlarına layiq görülüb.

Xatırladaq ki, Ş. Ayvazov uzun illər “Assoşieyted Press” Agentliyinin Qafqaz üzrə fotomüxbiri vəzifəsində işləyib. Onun Avropanın bir çox ölkələrində, habelə, Yaponiyada fərdi sərgilərinin açılışı olub. Keçən il məşhur fotomüxbirin Tiflisdəki Veteranların İşi üzrə Dövlət Xidməti binasının açılışında 200-dən çox foto əsəri nümayiş olunub.

Bu gün Milli Parlament Kitabxanasında sərginin açılışı zamanı çıxış edən fotomüxbir Ş. Ayvazov çəkdiyi foto əsərlərin müharibəyə həsr olunduğunu və müharibənin sülh gətirmədiyini bildirib: "Mən müharibə haqqında fikirlərimi fotolarımla bildirmişəm",- deyə, Ş. Ayvazov çıxışında vurğulayıb.

Qeyd edək ki, fotomüxbir Ş. Ayvazovun Tiflisdəki Milli Parlament Kitabxanasında 20 Yanvar faciəsinə həsr olunmuş 100-dək ağ-qara foto əsərləri sərgilənib.



www.gaxa.ge

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina