Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstan özünün milli qəhrəmanlarını bir kənara qoyub, erməni canilərinin heykəllərinə qucaq açır...

Dəyanət Osmanlı: “Avaqyan və eləcə də bu ölkədə yaşayan ermənilər Abxaziyada Gürcüstan əleyhinə əməliyyatlarda fəal iştirak ediblər”

“20 Yanvar faciəsi günündə Xocalı qatilinin abidəsinin açılması iki ölkə arasında strateji tərəfdaşlığa qarşı hesablanmış erməni planıdır”
“Gürcüstanın Xalq Qəhrəmanı Xudu bəy Borçalının abidəsinin qoyulması məsələsi reallaşdırılmalıdır”

 

Ermənilərin Gürcüstan üçün böyük problemlər yaratdığı məlumdur. Hətta onların bu respublikaya qarşı ərazi iddiaları da var. Ermənilər Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin onlara məxsus olduğunu (?) dəfələrlə gündəmə gətiriblər. Onu da vurğulayaq ki, ermənilərin Gürcüstan cəmiyyətində milli ayrıseçkiliyə səbəb olan davranışları da daim gürcülər tərəfindən pislənib. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili də müsahibələrində gürcülərin pis adamları “erməni” adlandırdığını deyib. 

Ermənilərə qarşı bu ölkədə elə də xoş münasibət olmasa da, ermənilər müxtəlif vasitələrlə Gürcüstanda müxtəlif işlər görürlər. Bu ölkənin Samtsxe-Cavaxeti bölgəsinin Buqaşen qəsəbəsində Axalkalaki Bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş cinayətkar Mixail Avaqyanın büstü qoyulub. Heç şübhəsiz ki, bu məsələ də azərbaycanlıların etirazına səbəb olub.

Azərbaycan dövləti də erməniyə büst qoyulmasına mənfi münasibətini bildirib.

Qeyd edək ki, rəsmi Bakı Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki Bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş M.Avaqyana büstün qoyulması ilə bağlı Gürcüstan tərəfinə etiraz ünvanlayıb. Milli Məclisin bir qrup deputatı da hadisə ilə əlaqədar Gürcüstan hökumətinə rəsmi etirazını bildirib.

M.Avaqyana sözügedən ərazidə büst qoyulması həqiqətən də qəribə görünür. Bu adamın Gürcüstan dövləti ilə heç bir əlaqəsi yoxdur və o bu dövlətin müstəqilliyinin qazanılmasında, dövlətçiliyinin qorunmasında heç bir rolu yoxdur. Bu halda, Azərbaycan torpaqlarının qəsb edilməsində “əməyi” olan M.Avaqyana, bir separatçıya burada büst qoyulması anlaşılan deyil.

Yeri gəlmişkən, Gürcüstanın ərazi bütövlüyünün, dövlətçiliyinin qorunmasında mücadilə verən qəhrəman azərbaycanlılar var ki, onların heç birinə bu ölkədə büst, heykəl qoyulmayıb. Gürcüstanın Xalq Qəhrəmanı Xudu bəy Borçalının Marneulidə abidəsinin ucaldılması barədə keçmiş Gürcüstan hökuməti rəsmi qərar qəbul etsə də, hələ də bu işin icrası baş tutmayıb. Gürcüstan hökuməti bunun üçün maliyyə qaynaqları axtarıldığını açıqlayıb. Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Gürcüstan əsilli azərbaycanlılar var ki, onların da heç birinə bu ölkədə heykəl, büst ucaldılmayıb. Şəhidlər sırasında Milli Qəhrəman adına layiq görülənlər də var. Bu insanlar Gürcüstanda doğulub, burada boya-başa çatıblar. Bu səbəbdən də Gürcüstanda onlara heykəl və büstlərin qoyulmasına əsas var.

Gürcüstana heç bir aidiyyəti olmayan separatçı ilə müqayisədə azərbaycanlıların büst və heykəllərinin qoyulmasına zərurət var. Bu onların haqqıdır. 

"Türk Dünyası İnfo" İB-nin sədri, “Borçalı” İctimai Birliyinin sədr müavini, publisist-şair Dəyanət Osmanlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, o burada bir erməniyə büst qoyulmasını etirazla qarşılayır. Borçalıların ciddi narazılığına səbəb olan olayın təəssüf doğurduğunu deyən D.Osmanlının sözlərinə görə, hər zaman Gürcüstana qarşı xəyanətkar mövqe tutan ermənilərin nümayəndəsinə bu ölkədə büst qoyulması yolverilməzdir. “Gürcüstanın Buqaşen qəsəbəsində Xocalı qətliamının iştirakçısı Avaqyana qoyulan büstün açılması və mərasimdə Ermənistan və Gürcüstan rəsmilərinin iştitakı, təbii, narazılıq doğuran haldır. Hesab edirəm ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisiyə təcili səfərindən sonra, həm də 20 Yanvar faciəsi günündə Xocalı qatilinin abidəsinin açılması iki ölkə arasında strateji tərəfdaşlığa qarşı hesablanmış erməni planıdır. Çox təəssüf ki, qonşu Gürcüstanda belə təxribatçı layihələrə dəstək verənlər və yaşıl işıq yandıranlar var. Gürcüstanın özü də separatizmə məruz qalıb. Eyni zamanda, Avaqyan və eləcə də bu ölkədə yaşayan ermənilər Abxaziyada Gürcüstan əleyhinə əməliyyatlarda fəal iştirak ediblər. Azərbaycan özü müharibə şəraitində olsa da, Gürcüstanın böhrandan çıxmasında həmişə dost köməyini göstərib. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən transmilli layihələrdə Gürcüstanın təmsil olunmasına şərait yaradılıb. Gürcüstanda böyük qüvvə olan aborigen azərbaycanlı əhali bu ölkənin müstəqilliyinin möhkəmlənməsində, separatizm əleyhinə aksiyalarda gürcülərlə çiyin-çiyinə iştirak edib, itkilər verib. Bu gün isə rəsmi Tiflisin, Azərbaycan tərəfinin etirazına səbəb olacağını bildiyi təqdirdə, terrorçu Avaqyana abidə qoyulmasına razılıq verməsinin nə demək olduğu anlaşılmır” - deyə bildirən D.Osmanlı qeyd etdi ki, bundan başqa, bir yandan Marneulinin Qızılhacılı kəndində Mədəniyyət evində Nəriman Nərimanovun abidəsi götürülür, bir yandan isə eməni kəndində terrorçu erməniyə abidə qoyulur. Bu, həqiqətən, parodoksal münasibətdir. “Fikrimcə, bizim Gürcüstan vətəndaşı olan soydaşlarımız, diaspor, QHT-lər ictimai fəallığını artırmalıdırlar. Digər tərəfdən, Gürcüstanın ərazi bütövlüyü uğrunda mücadilələr verən azərbaycanlılar unudulmamalıdır. Düşünürəm ki, Gürcüstanın Xalq Qəhrəmanı Xudu bəy Borçalının abidəsinin qoyulması məsələsi reallaşdırılmalıdır. Eləcə də Borçalı əsilli qəhrəmanlar da unudulmamalıdır”- deyə D.Osmanlı bildirdi. 

 

İradə SARIYEVA

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina