Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Növbəti dəfə Mixeil Avaqyanın Axalkalakidə abidəsinin ucaldılmasına qarşı azərbaycanlıların Tbilisidə etiraz aksiyasının vaxtı dəyişdirilib

Belə ki, aksiya ilə bağlı Tbilisi Meriyasına verilən ərzəyə son anda qəbul olunmadığı cavabı gəlib. Beləliklə təşkilatçılar aksiyanın vaxtını fevralın 8-nə təşkil ediblər.

Bu qərar ictimaiyyətdə birmənalı qarşılanmayıb. Səhərdən başlayaraq aksiyanın ləğv edilməsinin səbəbi ilə bağlı müxtəlif iradlar səsləndirilir. 
Bəzi iradlarda isə aksiyanın təşkilatçılarına təzyiqlər olunduğu və bu səbəbdən də vaxtın dəyişdirildiyi qeyd edilir.

Aksiya təşkilaçılarından Sevinc Hümbətova Facebook hesabı üzərindən məsələyə münasibət bildirib:

“Hazırda biz gənclərə heç bir yerdən təzyiq olunmur. Bu, mümkün ola bilməz. Biz də məsələnin bu qədər gecikməsini istəməzdik. Təəssüflər olsun ki, aksiya ilə bağlı işlərin həyata keçirilməsi uzadılır. Bu fəaliyyətə başlamışıqsa, sona qədər də davam edəcəyik. Biz Gürcüstan vətəndaşıyıq və etiraz etməyə hüquqlarımız var. Bildirmək istəyirik ki, bu gün yenidən Tbilisi Meriyasına məsələ ilə bağlı ərizə təqdim etdik. Qeyd etdilər ki, hüquqşunasımızla əlaqə saxlayıb, məlumat verəcəklər. Xüsusən vurğulamaq istəyirik ki, Meriyadan gələn cavabdan asılı olmayaraq fevralın 8-də aksiya təşkil ediləcək. Hamı gəlib öz etirazını bildirəcək. Mübarizəyə davam!”.

Gənclər Tbilisi Meriyasından ərzəyə cavab sənədini də paylaşaraq onlara qarşı təzyiq olunmadığını biradaha qeyd edib.

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina