Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

2018-ci ildə Azərbaycan və Gürcüstan vətəndaşları arasında neçə rəsmi nikah olub? - STATİSTİKA

 

2016-cı ilin statistika məlumatına görə, Gürcüstanda yaşayan azərbaycanlıların sayı digər etnik azlıqlara nisbətən çoxluq təşkil edir. Statistika məlumat verir ki, Gürcüstanda 233 min azərbaycanlı yaşayır. Bu, ümumi əhalinin 6,3% -ni təşkil edir. Azərbaycan mətbuatının ölkənin Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ötən il 500-ə yaxın Azərbaycan vətəndaşı Gürcüstandan olan gənc oğlan və ya qızlar ilə nikaha daxil olub. Məlumata görə, 2018-ci ildə Gürcüstandan olan 247 qız Azərbaycan vətəndaşı olan gənclərlə evləniblər. Gürcüstan vətəndaşı olan azərbaycanlı gənclər isə Azərbaycandan 205 nəfər qızla evlənib. Ümumiyyətlə, 2018-ci ildə Azərbaycanda təxminən 70 min nigah qeydiyyata alınıb və bu rəqəmdən 2,3 mindən artığı xarici vətəndaşlarla olan nigahdır. Statistik göstəricilərə görə, azərbaycanlı qadınlar xaricilərlə ailə quranda Türkiyə, Rusiya və Gürcüstanda yaşayan kişilərə üstünlük verirlər. Öz növbəsində, kişilər Rusiya, Gürcüstan və Ukraynadan olan qızlarla evlənməyi üstün tuturlar. 2018-ci ildə 118 nəfər əcnəbi ilə azərbaycanlının nigahı pozulub. 2017-ci ilə olan məlumatlara əsasən, Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə 2 680 nigah bağlanıb, 149 nigah isə ləğv olunub. Qeyd edək ki, ötən il Azərbaycanda 62 900 nəfər nigah qeydiyyatına alınıb.

 

www.gaxa.ge

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina