Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

“Heykəl qalmaqalı”nın arxasındakı əl

Bu il yanvarın 20-də Gürcüstanın ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya bölgəsinin Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulması etirazlara səbəb olub. 

Gürcüstanda yaşayan soydaşlarımız, o cümlədən diaspora təşkilatları buna etiraz edib. Rusiyada yaşayan Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı milyonçu Söyün Sadıqov da buna qarşı çıxıb. O, deyib ki, heykəl götürülməsə, Gürcüstanda yaşayan azərbaycanlılar  muxtariyyət tələb edə bilər:

“Bunun bir adı var - Azərbaycana xəyanət! Bu hadisə Azərbaycan xalqına qarşı böyük hörmətsizlikdir. Bu, həm də gürcü xalqına qarşı xəyanətdir. Mən Gürcüstan xalqına çağırış edirəm ki, öz hökumət və dövlət başçılarını bu abidənin ləğv edilməsinə səsləsinlər. Əks halda, Azərbaycan kimi müttəfiqlərini itirəcəklər... Azərbaycanın dəstəyi olmasaydı, Gürcüstan çoxdan erməni və gürcü separatçılarının qurbanına çevrilərdi”. 

S.Sadıqov Gürcüstan prezidentinə və baş nazirinə sözügedən erməni terrorçusunun abidəsinin sökülməsi üçün 2 ay vaxt verib: 

“Əks halda, bu, onlar üçün baha başa gələcək. Onlar bu səhvlərini düzəltməsələr, o zaman mən məcbur olub Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracağam”.

Mövzu ilə əlaqədar “Cümhuriyət”ə açıqlama verən “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli bildirib ki, mövcud vəziyyət Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığına xələl gətirən məsələdir: 

 

“Baş verənlər həm də  Gürcüstanla bağlı siyasətdə yanlışlığın təzahürüdür. Gürcüstan strateji müttəfiq kimi Azərbaycanın haqlı mövqeyini bilməli və onun yanında durmalıdır. Buna ermənilər təşəbbüs etsə belə, rəsmi Gürcüstan hakimiyyət orqanları bu məsələyə yox deməyi bacarmalı idilər. Hansı formada bunun mənbəyini axtarsaq, burada Rusiya ehtimalı var. Yerli hakimiyyət  orqanları, parlamentdə təmsil olunan deputatlar, iş adamları, eləcə də ayrı-ayrı gürcü siyasətçiləri bu işin içində olublar. Rəsmi hakimiyyətin də bundan xəbəri olub.

Ona görə də Gürcüstan hakimiyyəti birbaşa Azərbaycan-Gürcüstan münasibətlərinə sayğısızlıq edib və ölkələr arasında olan strateji tərəfdaşlığa xələl gətirəcək ciddi xətaya yol açıblar”. 

Z.Məmmədli əlavə edib ki, əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımında iştirak etmiş bir hərbçiyə heykəl qoymaq absurddur: 

“Bu abidə Gürcüstan üçün qara ləkədir və sökülməlidir. Buna cavab verilmədən, yəni biz də başqa bir abidə qoymadan o ləkə Gürcüstanın üzərindən götürülməli, iki ölkənin münasibətlərinə dəyən zərbə aradan qalxmalıdır.  Mən hesab edirəm ki, burada siyasi şüarların əsası yoxdur, olanlar isə ancaq təxribat xarakterlidir. Burada hər hansısa bir formada Gürcüstanın ərazi bütövlüyünü, siyasi sistemini təhdid edəcək çağırışlar yolverilməzdir”. 

Qeyd edək ki, bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi də münasibət bildirib: 

"Bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büstün qoyulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilərək ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazı qarşı tərəfin diqqətinə çatdırılıb. Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. Məsələ Xarici İşlər Nazirliyinin nəzarətindədir".

 

Hicranə İsmayılova
Cebhe.info

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina