Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Mişa İvanişvilinin partiyasını dağıdır – İstefa səbəbləri nədir?

Aparıcı hakim partiya üzvlərinin Gürcü Arzusunu tərk etməsi prosesi 2018-ci ildən davam edir və təbii ki, bu da səbəbsiz deyil.

Borchalitv xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Gürcü Arzusu Partiyasındakı son istefaların müxtəlif səbəbləri var:

“Bunlardan birincisi son zamanlar partiya daxilində ziddiyyətlərin artması ilə bağlıdır. Belə ki, hakim partiya üzvlərinin bir qismi İvanişvilinin apardığı siyasi kursla ya razı deyillər və ya kursla bağlı başqa ideyaları var. Bu da partiya rəhbərliyi tərəfindən birmənalı qarşılanmır. İkincisi, son illər müxalifətin reytinqinin yüksəlməsi də partiyadaxili ziddiyətlərin artmasına səbəb olub. Belə ki, funksionerlər partiya rəhbərliyini Gürcüstanın daxili siyasətini kifayət qədər düzgün qiymətləndirməməkdə və öz fəaliyyətlərində müxtəlif səhvlərə yol verməkdə ittiham edirlər”.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, üç deputatın Gürcü Arzusu Partiyasını tərk etməsi faktiki qanunverici və idarəetmə strukturuna rəhbərlik edən Bidzina İvanişviliyə ciddi zərbədir:

“Çünki Gürcü Arzusunu tərk etmək istəyənlərin sayı arta bilər. Partiyanı tərk edənlərdən biri Eka Beseliyadır ki, o, İvanişvili ilə Gürcü Arzusunu yaradanlardan biridir. Deputatların hakim partiyanı tərk etməsinin səbəbi partiyada Ali Məhkəməyə hakimlərin təyinatı ilə bağlı fikir ixtilafıdır. Ancaq bu aysberqin görünən tərəfidir. İvanişvilinin təkbaşına verdiyi qərarlar, o cümlədən Rusiya ilə yaxınlaşma çoxlarının ürəyincə deyil”.

Politoloq İvanişvili üçün ağır günlərin başladığını deyib:

“İstefalar partiyanı təcili toplanmağa vadar edib. İclasa sədrlik edən İvanişvili partiyasındakı yeni “satqınları” müəyyənləşdirməyə çalışır.

Bu gedişlə İvanişvilini ciddi sınaq gözləyir. Çox güman ki, İvanişvilinin ehtiyat planı var.

Buna baxmayaraq, partiyasındakı istefalar, eks-prezident Mixail Saakaşvilinin Hollandiyadan fəallığını davam etdirməsi və yerli müxalifətin gücünü artırması 2020-ci il parlament seçkilərində İvanişviliyə istədiyi nəticəni əldə etməyə imkan verməyə bilər”.

 

 

Mənbə: 24News.ge

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina