Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Milli Məclisdə Gürcüstandan olan bir qrup soydaşımızla görüş keçirilib

Martın 1-də Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun üzvləri ilə Gürcüstandan olan bir qrup soydaşımızın görüşü keçirilib.

Bu barədə Millət vəkili Əflatun Amaşov öz sosial şəbəkəsində məlumat verib:

Görüşün təşkilinə həssas yanaşdığına görə Milli Məclisin sədri cənab Oqtay Əsədova təşəkkürümü bildirirəm.

Gürcüstanlı soydaşlarımızın Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri olaraq mənə ünvanladıqları müraciət əsasında təşkil olunmuş toplantıda soydaşlarımızın üzləşdikləri problemlər müzakirə olunub. Bu xüsusda əsasən miqrasiya məsələlərinə toxunulub. Bildirilib ki, Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycanla sıx təmaslara malikdirlər. Onların ölkəmizin müxtəlif bölgələrində, eləcə də paytaxt Bakıda çoxsaylı qohum-əqrəbaları yaşayır və buna görə də onlar daim ölkəmizə səfərlər edirlər. Bəziləri isə ötən əsrin 90-cı illərindən bu yana Azərbaycanda yaşasalar da, onlarla əlaqədar heç bir sənədləşmə işləri aparılmayıb. Bütün bu məsələlər isə Azərbaycanın miqrasiya qanunvericiliyi ilə tənzimlənməlidir.

Görüşdə müzakirə edilən məsələyə kompleks yanaşılmasının zəruriliyi önə çəkildi. Qonaqlar bildirdilər ki, Azərbaycan hansı ölkənin vətəndaşlığını daşımasından asılı olmayaraq dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətənidir. Onların ölkəmizə gediş-gəlişi və ölkəmizdə qalma müddətləri ilə bağlı məsələlər xarici ölkələrin digər vətəndaşları ilə eyni şərtlər altında olmamalıdır. Buna görə də soydaş haqqında qanunun qəbuluna ehtiyac var.

Qarşılıqlı müzakirə şəraitində keçmiş görüşdə həmçinin soydaşlarımızı maraqlandıran digər məsələlər, o cümlədən təhsil məsələləri də müzakirə olundu.

www.Darvaz.com

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina