Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Marneulidə Nəriman Nərimanovun anadan olmasının 149-cu il dönümü ilə bağlı tədbir keçirilib (VİDEO)

Marneulidə gənclər və ziyalılar Nəriman Nərimanovun işığına toplaşdılar

14 aprel tarixində Marneulidə Nəriman Nərimanovun anadan olmasının 149-cu il dönümü ilə bağlı tədbir keçirilib.

24News.ge xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin və Tbilisidəki Nəriman Nərimanov adına muzeyin birgə təşkilatçılıqı ilə baş tutan tədbirdə ilk öncə Nəriman Nərimanovun büstü önünə ziyalılar və gənclər gül dəstələri qoyublar.

Daha sonra tədbirdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin icracı direktoru Aygül İsayeva, İdarə heyyətinin sədri Murad Muradov eləcədə Millət Vəkili Ruslan Hacıyev, Tbilisidəki Nəriman Nərimanov adına muzeyin rəhbəri Rəna Dəlilova, "Qarapapaqlar" jurnalının redaktoru Akif Xansultanlı və Şairə Fatma Aslan çıxış edərək böyük ədibin gördüyü əvəz olunmaz xidmətlərindən danışıblar.

Çıxışçılar bildiriblər ki, N.Nərimanovun gənclər arasında düzgün və tarixi faktlar əsasında tanıdılması çox önəmlidir. Həmçinin qeyd olunub ki, Nəriman Nərimanovun həyat və fəaliyyəti Gürcüstanla sıx bağlı olub və o, həmişə bu ölkədə xüsusi hörmət və ehtiramla yad edilib. Bundan sonrada Azərbaycanlı gənclər və Gürcüstan ictimaiyyəti arasında Nəriman Nərimanovun olduğu kimi təbliğ olunmasına böyük ehtiyac olduğu qeyd olunub.

Tədbirdə oda bildirilib ki, N.Nərimanov iki xalq arasında dostluq simvolu olmalıdır. Elə buna görədə Marneulidə yerləşən park və mədəniyyət evinə ədibin adının verilməsi çox önəmlidir.

Daha ətraflı video kadırları və müsahibələri təqdim edirik:

 

Media

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina