Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanlı ziyalılar Mehriban Əliyevaya müraciət etdi (FOTO)

Gürcüstandan olan azərbaycanlı ziyalılar “Soydaş haqqında” Qanunun qəbul olunmasına dəstək verilməsi üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

Borchalitv xəbər verir ki, müraciəti imzalayanlar arasında Gürcüstan parlamentinin deputatları Azər Süleymanov və Mahir Dərziyev də var.

“Azərbaycanda miqrasiya rejiminin tətbiq olunduğu tarixdən indiyədək bizim Azərbaycan cəmiyyəti ilə mədəni-mənəvi inteqrasiyasımız yolunda daha çox əngələ çevrilən bir fakt mövcuddur. Bu faktor bizim öz doğma millətimiz, doğma dövlətimiz və doğma dəyərlərimizlə milli özünüdərkimiz arasında çox təhlükəli psixoloji baryer yaradır. “Əcnəbi” adının bizlərə də şamil olunması milli kimlik düşüncəsinə ciddi şəkildə zədə vurur.

Azərbaycan türkü olmağımıza baxmayaraq Azərbaycan Respublikasına səfər edən qeyri-millətlərdən mədəni və hüquqi müstəvidə fərqləndirilmədiyimizin şahidi oluruq. Biz Azərbaycan torpaqlarından kənarda öz tarixi torpaqlarında yaşayan soydaşlarımızla mədəni-mənəvi inteqrasiyanın saxlanılması üçün Milli Məclisin zaman-zaman müvafiq hüquqi baza yaratmaq istəyini və cəhdini bəyənir, alqışlayır və hesab edirik ki, özümüzü Azərbaycan türkü olaraq dərk etməyimiz üçün Azərbaycan dövlətinin mədəni-mənəvi və hüquqi müstəvidə bizim inteqrasiya və əlaqələrimizə müsbət təsir göstərəcək “Soydaş haqqında” Qanunun günün mühüm tələblərindəndir. Çünki biz Gürcüstan kökənli Azərbaycan türkləri milli özünüdərkimizdə haqlı olaraq Azərbaycan dövləti və cəmiyyətinə münasibətdə özümüzü “soydaş” statusunda qəbul edirik və bu statusun Azərb

aycan hüquq müstəvisində tətbiq olunmasına yardım etməyinizi Sizdən xahiş edirik” – deyə müraciətdə belə qeyd edilir.

Xatırladaq ki, sözügedən sənədi 23 nəfər ziyalı imzalayıb.

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina