Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Məşhur Tiflis hamamları haqqında maraqlı məlumat

 

 

 

 

Tiflisdəki məşhur Mavi hamama gəlib çimənlər üçün xüsusi hazırlanmış otaqda onların üzərinə qar “səpələnir”. Turistlər üçün məşhur olan kükürd hamamı arasında qar “səpələyən” otaq da təşkil edilib. Bildirilib ki, otaq kral nomeri olaraq müştərilərə qar “səpələyərək” xidmət edir. Kral nomerində süni qar yaradılıb. Bu barədə ilk olaraq “Sakartvelos respublika” məlumat verib.

Tiflisdəki qədim Mavi kükürd hamamı 2016-cı ildən yeniləşdirilib və 5 il fasilədən sonra hamamın açılışı olub. Bu hamam Tiflisin vizit vərəqəsidir və buna görə də buraya turistlərin axını gündən-günə çoxalır. Tarixi məlumata görə, vaxtilə bu hamamda görkəmli yazıçılar Aleksandr Düma və Aleksandr Serqyeviç Puşkin olublar.

Hamamın meneceri Alina Soxadzenin sözlərinə görə, hamamda olan yeniliklərdən biri odur ki, hamama gələn müştərilər Kral nomrəsində qar mənzərəsindən istifadə edərək süni yaradılmış qar yağışında “çimə” bilərlər. Qar otağının temperaturu mənfi 25 dərəcəyə çatır: “Biz xüsusi olaraq otaqda qar yaratmaq üçün müəyyən qurğular gətirmişik. Demək olar ki, otaqda sanki qışda olduğu kimi qar yağır”,- hamam meneceri bildirib.

Mavi hamamda növbə tutmaq o qədər də sadə deyil. Hamamda çimmək üçün nömrəni əvvəlcədən bron etmək lazımdır. Ən yaxşısı isə, bir ay əvvəl bron etmək məqsədəuyğundur. Hamamda zövq almaq isə ucuz deyil. Məlumata görə, növbə əldə etmək üçün qiymət 50 laridən 500 lariyədək (18-178 dollar) dəyişir.

Məlumata görə, Tiflisin Solalaki rayonundakı kükürd hamamları XVII-XIX əsrlərdə tikilib. Solalaki dünyanın 50 “ən yaxşı” rayonu adına layiq görülüb.

Kükürd hamamının menecerinin dediyinə görə, buraya əsasən Rusiyadan olan turistlər gəlirlər. Onların bu hamamlara olan marağı il boyu azalmır, hətta ən isti yay günlərində də artır.

Tiflisin köhnə hissəsində tikilən məşhur hamamlar kompakt halında yerləşdirilib. Buna görə də həmin ərazi Abanotubani (hamamlar məhəlləsi) adlandırılıb. Hamamlar müxtəlif illərdə tikilib.

Əvvəllər insanlar bu hamamda nəinki yuyunur, həm də səhərədək söhbət edir və müxtəlif tədbirlərə qatılırdılar. Hamamlarda həmçinin, yemək də verilir, ticari sövdələşmələri də həyata keçirilirdi.

Tarixi məlumatlara görə, Tiflis hamamları dəfələrlə uçurulub və yenidən bərpa edilib. XIX-cu əsrədək kiçik arxitektura dəyişiklikləri aparılan bu hamamların müasir görünüşü bu günlərədək qorunaraq saxlanılıb.

Bu gün Tiflisin kükürd hamamları nəinki turistlər üçün, eləcə də yerli sakinlər arasında məşhurdur. Hamamların müalicə tərkibli suları tibbi effekt verir. Hamamların içərisində hidrogen sulfid su ilə dolu kiçik bir hovuz olan xüsusi otaqlar da vardır.

www.gaxa.ge

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina