Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Darvazlı gənc Saakaşvilinin evində qonaq oldu

“Biz Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin dəvəti ilə onun evinə qonaq gəlmişik. Öncə “Yeni Liderlərin Təşəbbüsü” layihəsi çərçivəsində Ukraynanın Odessa bölgəsinə gəldik və burada Mixail Saakaşvili ilə rəsmi görüşümüz baş tutdu. Daha sonra isə o bizi Ukraynanın paytaxtı Kiyevdəki evinə dəvət edi. Burada onunla gələcək siyası planları haqqında danışdıq”.

Bu sözləri 24News.ge xəbər portalına Ukraynada Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin evində qonaq olan fəal gənclərdən Novruz Mehdiyev və darvazlı Naşir Orduxanov bildiriblər.

N.Mehdiyevin sözlərinə görə, M.Saakaşvilinin qeyri gürcülər üçün möhtəşəm planları var: “Saakaşvilinin planları xüsusən təhsil və qeyri gürcü millətlərinin cəmiyyətə inteqrasiyasıdır. Saakaşvili bizlə söhbəti zamanı 1+4 proqramından söz açaraq qeyd etdi ki, ‘Gürcüstana qayıtdığımda qeyri gürcülər üçün məktəblərdə dəyişiklik proqramları həyata keçirəcəm. Hansılar ki, şagirdlər daha effektiv və daha asan yolla dövlət dilini öyrənəcəklər’ ”.

N.Mehdiyev: Burada sabiq prezidentə sualım oldu, 1+4 proqrami çox effektivdir ve bunu siz həyata keçirmisiniz: amma təəssüf ki, sizdən sonra bu kimi proqramlar həyata keçirilməyib, siz necə düşünürsüzünüz yeni fərqli proqramlar lazimdır, yoxsa köhnə sistem kifayətdirmi?

“1+4 proqramından savayı Gürcüstanda yaşayan qeyri gürcülər üçün daha effektiv proqramlar hələ ki gerçəkləştirilməyib. Belə proqramlara isə ehtiyac duyulur. Siz buraya ‘Yeni Liderlərin Təşəbbüsü’ adlı layihə çərçivəsində gəlmisiniz. Hansı ki, yeni liderlər yetişdirib gələcəyi idarə etməkdə böyük rolları nəzərdə tutur. Bu gün buraya 40 nəfər gənc gəlib hansı ki, minlərlə gənclər arasından seçilib. Sizsiniz Gürcüstanın gələcəyi və sizi buraya yığmaqda məqsədimiz yeni simalar yaradıb hakimiyyəti sizlərə birlikdə idarə etməkdir. Qeyd edim ki, mən hakimiyyətə qayıdanda köhnə simaları öz kabinetlərinə qaytarmaq fikirim yoxdur. Onların yerinə siz - gənclər gələcəksiniz”,-deyə M.Saakaşvili cavalayıb.

Naşir Orduxanov isə bildirib ki, biz “Yeni Liderlər Təşəbbüsü” layihəsi çərçivəsində təqribən 1000 nəfər gəncin arasından seçilərək 40 nəfər olaraq bu layihədə iştirak etmək hüququ qazandıq: “Layihənin növbəti mərhələsində biz Ukraynada ölkəmizin üçüncü prezidenti cənab Mixeil Saakaşvili ilə görüşdük və onun məsləhətlərini dinlədik. Daha sonra isə cənab sabiq prezident bizi Kiyevdəki şəxsi evinə qonaq dəvət edi.”

N.Orduxanovun qeyd edib ki, M.Saakaşvili Gürcüstanda milli azlıqlarla bağlı inteqrasiya prosesinin düzgün formada işləmədiyini vurğulayıb: “Mövcud hakimiyyət bu prosesi inkişaf etdirmir, tam əksinə ləngidir. Saakaşvili Gürcüstana qayıtdıqda daha çox ölkədə yaşayan azərbaycanlıların ali təhsil almalarına təkan verəcəyini bildirib.

Qeyd edək ki, "Yeni Liderlər Təşəbbüsü" layihəsi 5 sessiyadan ibarət olaraq təxminən 1 ay davam edib. Təlimlərdə 600-yə yaxın iştirakçı, 5000-dən çox müraciət edən olub. Təlimlər və Saakaşvili ilə görüş "Yeni Liderlər Təşəbbüsü" qeyri-hökümət təşkilatının direktoru Kristina Puşau tərəfindən təşkil olunub. Təşkilatın azərbaycanlılar üzrə koordinatoru, həmçinin təlimlərdə mühazirə söyləyən Ziyəddin İsmayılovdur.

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina