Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanda azərbaycanlı gənclərə dövlət idarələrində iş təcrübəsi təklif olunur

Gürcüstanda milli azlıqlardan olan gənclər üçün dövlət qurumlarında növbəti iş təcrübə proqramı elan olunub.

24News.ge xəbər verir ki, proqramdan “1+4” proqramı üzrə 3 və ya 4-cü kursda təhsil alan, magistr və məzun olan azərbaycanlı, erməni, abxaz və osetin gənclər yararlana biləcəklər.

Proqram barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilinin təşəbbüsü, USAID və Gürcüstanın Birləşmiş Millətlər Assosiasiyasının dəstəyi ilə reallaşacaq.

Layihə çərçivəsində dövlət qurumlarında 500 vakant yer təqdim olunub. Vakansiyalar www.hr.gov.ge saytında yerləşdirilib. İş təcrübəsində maraqlı olan gənclərdən müraciətlər oktyabrın 22-dək qəbul olunacaq.

Müsabiqə əsasında seçiləcək gənclərə dövlət, yerli idarəetmə və publik hüquqi şəxs olan orqanlarda bir aydan altı ayadək iş təcrübəsi təklif olunacaq.

Qeyd edək ki, ölkədə milli azlıqları təmsil edən gənclər üçün dövlət idarələrində iş təcrübəsi proqramı 2017-ci ildən etibarən həyata keçirilir. Proqramın məqsədi Gürcüstanda yaşayan etnik azlıqların işlə təminatı perspektivlərinin yaxşılaşdırılması və onların vətəndaş inteqrasiyası prosesində iştirakına dəstək verməkdir.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina