Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

GƏNC DARVAZLININ İDMANDA BÖYÜK UĞURLARI

Təbriz İlqar oğlu İsmayılov 1995-ci ildə Darvazda anadan olub. Martaların Novruzun nəvəsidir. 1999-cu ildən valideynləri Rusiyanın Volqoqrad şəhərinə köçdüyündən Təbriz də təhsilini burada alıb, 2013-cü ildə orta məktəbi bitirib. İdman karyerasına 2007-ci ildə Volqoqradın “Zenit” fitbol klubunda başlayan Təbriz qısa müddətdə yeniyetmə futbolçu kimi diqqət çəkib, bir müddət sonra hətta Azərbaycanın U17 milli yığmasına da dəvət alıb, komandanın heyətində bir neçə yoldaşlıq görüşündə iştirak edib. Təəssüf ki, aldığı zədə onun futboldan aralanmasına səbəb olub. Amma bütünlüklə idmandan uzaqlaşmayıb. 2015-ci ildən Volqoqrad şəhərində kikboksinq K1 idman növü ilə məşğul olmağa başlayıb və qısa müddətdə əldə etdiyi uğurlarla bu sahədə də bacarıqlı idmançı olduğunu sübut edə bilib.

Dörd ilə ərzində keçirdiyi 155 görüşdən 141-də qalib gəlib, ancaq 14 dəfə məğlub olan Təbriz İsmayılov hazırda Rusiya Federasiyasının idman ustası, RF Kubokunun qalibidir. Gənc həmyerlimiz eyni zamanda Çexiyada keçirilən Avropa kuboku uğrunda mübarizədə və  dünya kuboku üzrə İtaliyada keçirilən yarışda 3-cü yeri tutaraq qaliblər sırasında olub. Dominikanda keçirilən beynəlxalq turnirdə isə 1-ci yeri tutub. Azərbaycan və İran komandalarının Bakıda keçirilən görüşündə milli komandanın tərkibində çıxış edərək qalib olub.

Hazırda Volqoqrad şəhərində yaşayan və peşəkar idmançı kimi fəaliyyətini davam etdirən Təbriz İlqar oğlu İsmayılov son bir il ərzində keçirdiyi 5 görüşdən 4-də qalib gəlib, yalnız bir görüşdə məğlub olub.

Vətəndən uzaqlarda Darvazın və Borçalının adını ucaldan gənc eloğlumuzu təbrik edir və daha böyük uğurlar arzulayırıq!

Elşad ÇOBANLI

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina