Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

“Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev vəfat edib

Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev vəfat edib.

NewsBureau xəbər verir ki, o, 72 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

İslam Hacı oğlu Əliyev 1947-ci il iyunun 1-də Marneuli rayonunun Ambarovka kəndində anadan olub. O, 1965-ci ildə A. S. Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olub və 1970-ci ildə bu ali təhsil məktəbini fərqlənmə diplomu ilə bitirib.

Ali məktəbi bitirəndən sonra o, “Sovet Gürcüstanı” respublika qəzetinə işə qəbul edilib. O, ilk öncə korrektor, sonra baş redaktor, kiçik ədəbi işçi, məktublar və kütləvi işlər şöbəsinin müdiri, daha sonra təbliğat-təşviqat, partiya həyatı şöbəsinin müdiri və məsul katib vəzifələrində çalışıb. İ. Əliyev 1990-cı ildə “Sovet Gürcüstanı” qəzetinin redaktor müavini təyin edilib. O, həmin vəzifədə çalışmaqla, həm də 2004-cü ildən 2014-cü ilədək “AzərTac”ın Gürcüstan müxbiri vəzifəsində çalışıb. 2015-ci ildə o, “Gürcüstan” qəzetinin redaktoru vəzifəsinə təyin olunub.

O, Gürcüstan jurnalistikasında uzunmüddətli uğurlu fəaliyyət göstərdiyinə görə, 2015-ci ildə “Gürcustanın Əməkdar Jurnalisti” adına layiq görülüb.

İ. Əliyev Gürcüstanda nəşr olunan bir neçə kitabın redaktoru olub və bədii-publisistik yaradıcılıqla məşğul olaraq hekayə və publisistik yazılarını Gürcüstan və Azərbaycan mətbuatında dərc etdirib.

Allah rəhmət etsin.

 

Mənbə: Report

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina