Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanın Bolnisi rayonunda yeni Ədliyyə Evi istifadəyə verilib

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda Ədliyyə Nazirliyi nəzdində Dövlət Xidmətinin İnkişafı Agentliyinin yeni “Ədliyyə Evi” (İcma mərkəzi) istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, mərkəzin açılış mərasimində Gürcüstan Baş Nazirinin müavini, Ədliyyə naziri Tea Tsulukiani, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, Gürcüstan ərazisində sayca 25-ci olan mərkəzdə yerli sakinlərə dövlət və özəl sektor üzrə 200-dən çox xidmət göstəriləcək.

Ədliyyə Evindən Bolnisi ilə yanaşı, qonşu Dmanisi rayonunun sakinləri də istifadə edə biləcəklər.

Qeyd olunub ki, etnik azlıqların yaşadığı yerlərdə icma mərkəzlərinin inşa edilməsi hökumətin əsas prioritetlərindən biridir. Bu vaxta qədər kəndlərin sakinləri sənədlərin rəsmiləşdirilməsi və dövlət xidmətləri üçün paytaxt Tbilisiyə və digər rayon mərkəzlərinə getməli olurdular. Onların bu problemi artıq öz həllini tapıb.

İcma mərkəzi müasir kitabxana və konfrans zalı ilə də təmin olunub.

Bu cür mərkəzlərin bölgələrdə tikintisi davam etdirilir və yaxın vaxtlarda Qardabani rayonunda da yeni İcma mərkəzi istifadəyə veriləcək.

Nazir Tea Tsulukiani, Dursun Həsənov və digər rəsmi şəxslər rayon sakinlərini təbrik edib, onlara uğurlar arzulayıblar.

 

 

Xətayi Əzizov

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina