Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ELƏ BİR İNSAN Kİ...

Tanıyanların xatirəssində o, el ağaqqalı, nurani bir insan kimi yaşayacaqdır. Hər dəfə onu xatırladıqda dostları kövrəlir, bu kövrəkliyin arxasından keçmişin şirin xatirələri boylanır. Elə bil bir anlığa zaman dayanır. Hər şey yenidən başlanır. Xatirələr kələfi  çözələnib kino lenti kimi bir insan ömrü haqqında canlı təsəvvür yaradır. Yaşıdları onun dostluğa sədaqətindən, rəhbər işçi kimi təşkilatçılıq bacarığından, möhkəm iradəsindən, çətinliklərə mətanətlə sinə gərməsindən söhbət açırlar. Orta yaşlılar onun cavanlara qayğısından, həlim xasiyyətindən bəhrələndiklərini bildirirlər. Gənclər yeniyetmələrə və uşaqlara hədsiz məhəbbətindən, övladları isə qayğıkeş, mehriban ata, gözəl ailə başçısı olmasından danışırlar. Gözlərimiz önündə bir inan ömrünün xəritəsi canlanır. Elə bir insan ki, bütün ömrü boyu xalqının, Vətəninin mənafeyini düşünmüş, bu yolda hər çətinliyə dözmüşdür.

Bəli, onu tanıyanlar bu xüsusiyyətlərinə yaxşı bələddirlər. Tanıyanlar isə çoxdur...

Nadir Rüstəm oğlu Əhmədov 1909-cu ildə Darvaz kəndində anadan olub. Borçalı qəzasındakı Ağbulaq kənd (hazırda rayon mərkəzi – Tetriskaro) 7-illik məktəbini bitirdikdən sonra 1928-ci ildə Darvaz kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1933-cü ildə Darvaz kənd sovetinin katibi seçilib. Sonra kolxozçuların hesabdarlıq kursunu bitirmiş və əvvəlcə kənddəki Telman adına kolxozda hesabdar işləmiş, sonra isə müxtəlif illərdə həmin kənddə kolxoz sədri, kənd sovetinin sədri, Bolnisi tədarük kontorunun direktoru və digər məsul vəzifələrdə çalışmışdır. İşlədiyi bütün sahələrdə təşkilatçılıq bacarığı, rəhbərə xas xüsusiyyətləri ilə istər kənd zəhmətkeşləri, istərsə də rayon ictimaiyyəti arasında böyük nüfuz və hörmət qazanmışdır.

1941-ci ildə müharibəyə yollanıb, Şimali Qafqazda rota komandiri kimi döyüşlərdə iştirak edib.

Nadir Rüstəm oğlunun xidmətləri layiqincə qiymətləndirilib. O, “Qırmızı Ulduz” ordeni, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illərin Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”,  “1941-1945-ci illərin Böyük Vətən müharibəsində şərəfli əməyə görə”, “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” və başqa medallarla təltif olunub.

1986-cı ildə vəfat edən Nadir Əhmədovu bu gün ən çox xatırlayanlardan biri də həyat yoldaşı Toqqu xaladır. Onlar birlikdə 8 övlad – 5 qız, 3 oğul böyüdüblər.

 

Musa Çobanov

“Qələbə bayrağı” qəzeti, 14 aprel 1987-ci il.

 

P.S. Nadir Əhmədovun həyat yoldaşı və üç övladı – oğlanları Jora və Mübariz, qızı Raya dünyalarını dəyişiblər. Allah hamısına rəhmət eləsin!

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina