Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

İŞIQLI İNSAN

Mən Musa Nəbioğluna nə qədər təşəkkür etsəm də azdır. Ona görə ki, bu gün mənim poeziya arenasında qismən də olsa tanınmağımda bu işıqlı insanın rolu əvəzsizdir. Dəqiq yadımda deyil, hardasa 7-8-ci sinifdə oxuyurdum, atam Musa müəllimdən mənim şeirlərimə baxmağı xahiş etmişdi. Həm təbiətən utancaq olduğumdan, həm də poeziya yükünün həddindən ziyadə ağır olma məsuliyyətini dərk etdiyimdən bu işıqlı insana şeirlərimi göstərməmişdim. Hətta onlarla şeirimin zəif olduğu anlamına gəldiyim üçün oda atıb yandırmışam da!
Aradan uzun illər keçdikdən sonra (1988-2006), günlərin birində Musa müəllim işlədiyim obyektə gələrək şeirlərimə göz gəzdirmək istədiyini məndən israrla tələb etdi. Bu həm də xətrini əziz tutduğum bir müəllim əmri idi. Təbii ki, bu dəfə yox deyə bilmədim. Oxuyur və oxuduqca da, həm iradlarını bildirir, həm də tövsiyələrini edirdi. O baxmaq, bu baxmaq ard-arda bir neçə şeirlər kitabımın işıq üzü görməsini uca Allahın köməkliyi ilə bu nurani insan mənə nəsib etdi.
Özümün də xəbərim olmadan müxtəlif qəzet və jurnallarda şeirlərimi dərc etdirdi. Bəli, insan əzmlə elmini, savadını artıraraq müxtəlif elmi titullara yiyələnə bilər, lakin hər kəs elin adamı, elin ağsaqqalı, elin ziyalısı adını daşıya bilməz!
Musa müəllim isə elin adamı, elin ağsaqqalı, elin ziyalısıdır! Bu günlərdə mənə bir sürpriz də yaşatdı Musa müəllim. Özünün müəllifi olduğu nəfis şəkildə çap olunmuş "Borçalıdan Şuşaya gedən yol", "Darvaz", "Aşıq, bağrına bas sədəfli sazı", "Sazbəndlik sənəti və sazbəndlər" kitablarını mənə hədiyyə etdi. Əzizim Musa müəllim, siz hər zaman mənim uğurlarıma sevindiyiniz kimi, mən də sizin uğurlarınıza sevinirəm. Həm də lap çox. Budur, "Darvaz" kitabınız qarşımdadır, oxuyuram və oxuduqca da xüsusi zövq alıram. Bir tarixdir, tarixin qan yaddaşıdır bu dəyərli kitab. Çox sağ olun ki, bu qocaman tarixin səhifəsinə mənim də adımı həkk eləmisiniz. Qələminiz iti, gözləriniz nurlu, ömrünüz uzun və bərəkətli olsun,işıqlı insan!
Elə indi qələmə aldığım bu kiçicik şeir də öz sevimli müəlliminə şagird ərməğanı olsun!
 
Çəkdin el- obanın dərdi - sərini,
Çəkdin yorulmadan sakit və səssiz.
Tökdün vərəqlərə alın tərini,
Bir cümlə yazmadın eşqsiz, həvəssiz.
 
Darvaz deyiləndə coşdun, kükrədin,
Müdəm ayna tutdun gözəlliyinə.
Vicdan dolayları olsa da çətin,
Qalxdın iradənlə çiyin - çiyinə.
 
Zəkana söykəndin qələm tutanda,
Dünəndən, bu gündən, sabahdan yazdın.
Xalqa yer olmasa könül odanda,
İşıqlı müəllimtək xəlq olunmazdın.
 
Zülmət gecələrə aydınlıq verən,
Ey işıqlı insan, işıq payın var.
İstedadlıların ürəklərində
Özülü eşq olan şah sarayın var.
 
Günəş köks ötürməz bulud dalından,
Çünki ötəridir duman da, çən də.
Sənin haqq işinə pəl vuranların
Suru yeriyərmi ey aqil bəndə.
 
İlhamlan ruhunun sevdiklərindən,
Yaz, yarat idrakın bağça - bağ olsun.
Tanrı hifz eləsin şeytan şərrindən,
Ömrün uzun olsun, canın sağ olsun.
 
Təbriz İman.
13.01.2024

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina