Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

TƏBRİK EDİRİK! ƏLİ HACIYEV - 75

 

 

 

 

Bu günlərdə hörmətli eloğlumuz Əli Vəli oğlu Hacıyevin 75 yaşı tamam olur. Dəyərli eloğlumuzu yubileyi münasibəti ilə təbrik edir, ona uzun və sağlıqlı ömür, yeni-yeni uğurlar arzulayırıq.

 

***

 

Əli Vəli oğlu Hacıyev 1949-cu ildə Gürcüstanda – Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1966-cı ildə Darvaz orta məktəbini əla qiymətlərlə bitirib. Həmin ildə Bakıda qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti) daxil olub.

1970-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun «Sənayenin iqtisadiyyatı» fakultəsini bitirib. İnstitutu bitirdikdən sonra bir müddət laborant vəzifəsində çalışıb, eyni zamanda aspiranturada oxuyub. 1974-cü ildə aspiranturanı bitirib və həmin ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Elmi şurasında namizədlik (fəlsəfə doktoru) dissertasiyasını müdafiə edib. 1983-cü ildə dosent elmi vəzifəsinin diplomunu alıb.

Ə.Hacıyev 1976-1983-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş müəllim və kafedra müdiri vəzifələrində, 1983-1987-ci illərdə Azərbaycan Texniki Universitetinin «İqtisadi nəzəriyyə» kafedrasında dosent vəzifəsində çalışıb. 1987-ci ildən etibarən yenidən UNEC-də (İqtisad Universitetində) fəaliyyətə başlayıb və müxtəlif dövrlərdə universitetin «Müəssisənin iqtisadiyyatı» kafedrasının dosenti və bu kafedranın müdiri vəzifəsində çalışıb. 2000-2008-ci illərdə UNEC-in «İstehsal və xidmət sahələrinin iqtisadiyyatı» fakultəsinin dekanı, 2009-2014-cü illərdə isə «Marketinq» kafedrasının müdiri olub.

Onun 100-dən artıq elmi məqaləsi, tədris-metodiki və tərcümə olunmuş tədris vəsaitləri dərc olunub.

2019-cu ilin martında dosent Əli Hacıyevə UNEC-in Fəxri Professoru adı verilib, 2020-ci ilə kimi UNEC-in «Müəssisənin iqtisadiyyatı» kafedrasının müdiri vəzifəsində çalışıb.

Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Vəli oğlu Hacıyev “Tərəqqi” medalı ilə təltif edilib.

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina