Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

GÜCÜNÜ ELİNDƏN ALAN ELM ADAMI

 

İnsanın cismani ömrünün nə qədər olması Tanrının qismətinə yazdığı alın yazısına bağlıdırsa, onun mənəvi ömrünün uzunluğu – xatirəsinin əziz tutularaq yaddaşlarda yaşaması isə  bir növ özündən asılıdır: cəmiyyətdəki mövqeyindən, sosial mövqeyindən asılı olmayaraq hər kəsə eyni səmimiyyətlə yanaşmasından, xeyirxahlığından və digər əməllərindən. Bir sözlə, gərək sağlığında hər əməlinlə mənəvi ömrünün təməlinə bir daş qoyasan, könüllərdə özünə yuva qurmağı bacarasan. Çünki insanın mənəvi ömrünün uzunluğu müxtəlif rəsmi dövlət təltiflərindən, fəxri adlardan, uzun-uzadı titullardan yox, cəmiyyətin, səni tanıyanların sevgisindən, adını və əməllərini qəlblərində yaşatmalarından asılıdır. Dövlət təltifləri, fəxri adlar isə xalq sevgisinin bir növ rəsmi təsdiqidir və mənəvi ömrün daha da uzun olacağına zəmanət verir. Dövlətdən diqqət və qayğı, xalqdan sevgi görənlər həyatda neçə il yaşamalarından asılı olmayaraq xoşbəxt taleli insanlardır, çünki xeyirxah əməlləri ilə mənəvi ömürlərinin uzunluğunu təmin etmiş olurlar. Haqqında söhbət açacağım Mədəd Çobanov da məhz belə xöşbəxt taleli ömür yaşayanlardandır. Özü də sözün hər mənasında xoşbəxt bir insan – tanınmış elm xadimi, xeyirdəərdə daim başda olan, hər məclisdə yeri görünən el adamı, qayğıkeş və xeyirxah insan, cəmiyyətdə baş verənlərə hər zaman özünün obyektiv münasibəti ilə seçilən vətəndaş, tipik azərbaycanlı ailəsinin simvolu hesab edilə biləcək bir ailənin başçısı, övladlarına layiqli ata, şəxsən mənim üçün isə bütün bu sadaladıqlarım keyfiyyətlərdən əlavə, həm dəəsl qohum – istəkli əmim olmasıyla!

Bu gün onun haqqında istər sağlığında, istərsə də vəfatından sonra yazılan yazıları, şeirləri oxumaq mənim üçün olduqca qürurvericidir. Bu yazıları oxuduqca mənə elə gəlir ki, doğmaca əmimi, deyəsən, yaxşı tanımamışam və sanki özüm üçün yenidən kəşf edirəm onu. Bu yazıların hamısını ümumiləşdirsək, gözlərimiz önündə böyük bir şəxsiyyətin – çox dəyərli bir elm və el adamının obrazı canlanır. Qürur duyuram ona görə ki, nəinki Mədəd müəllim kimi bir insanla bir zamanda yaşamış, həm də bir dogmam kimi daim onun qayğı və nəvazişini görmüşəm, dəyərli məsləhətlərini, tövsiyələrini dinləmiş və bunlardan hər zaman xeyir görmüş, bəzən müxtəlif çətinliklər bahasına qazandığı sevincini isə daha tez bölüşənlərdən biri olmuşam.

Bu gün həyatda olmamasının acısı nə qədər çox olsa da, ünvanına deyilən xoş sözlərin təsəllisi bu itkinin ağrısını ovundura biləcək qədər çoxdur və istər-istəməz burada unudulmaz Xalq şairi  Zəlimxan Yaqubun bu misraları yada düşür:

 

El yadda saxlamaz evdən gedəni,

İnsan əzəzilənər eldən gedəndə!

 

Alimliyi insanlığına, insanlığı alimliyinə tən gəlirdi hər zaman. Eldən aldığı güc ilə elmə xidmət edib, elmi uğurları isə elinə-obasına fayda verməkdə ona kömək olub. Mötəbər elmi məclislərdəki tutarlı elmi dəlillərə söykənən çıxışları ilə hər zaman elmi dairlərdə böyük nüfuz sahibi olmaqla yanaşı, əsl el adamı, el ağsaqqalı olması ilə də yaxşı mənada seçilib, məclislərdə yeri həmişə başda olub. Bəzən qazandığı uğurları gözügötürməyənlər də olub, el-obadakı hörmətinə qibtə edənlər də. Amma bunların heç biri onu nə yolundan döndərə bilib, nə də bir ağsaqqal kimi nüfuzuna xələl gətirib. Çünki böyük söz ustadı Zəlimxan Yaqub demiş:

 

Məclis əhli yer göstərib,

Başa çəkər pir adamı.

Yüz min alçaq endirəmməz

El ucaldan bir adamı.

 

Mədəd müəllim – mənin istəkli əmim belə pir adamlardan, pir kişilərdən idi və mənim üçün, elə onu tanıyanların hamısı üçün bu gün də həmin statusunu qoruyub saxlayır – Azərbaycan elminəəvəzsiz xidməti, insanlara etdiyi xeyirxahlıqları, düzlüyü və prinsipiallığı, haqqı nahaqqa qurban verməməsi ilə! Minlərlə qəlbdə özünə qurduğu mənəvi abidə kimi yaşayır. Davamçısı olan övladlarının, xüsusən də oğlu Müşfiqin xeyirxah əməllərində yaşayır Mədəd müəllim! Ruhu şad olsun!

 

Musa Nəbioğlu

Əməkdar mədəniyyət işçisi

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina