Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstan parlamentinin ilk azərbaycanlı deputatları - FOTO

Gürcüstan Demokratik Respublikasında 1919-cu ilin fevral ayında parlament seçkiləri keçirilir. Seçkilərə Gürcüstandakı müsəlmanları iki qrup şəklində qatılır.

Gürcüstan Müsəlmanları milli şurası və Borçalı Mahalı Müsəlmanları qrupu. Borçalı Mahalı Müsəlmanları qrupunun seçkidə nömrəsi 12 olur.

Borçalı Mahalı Müsəlmanları qrupu seçki komisiyasına 1919-cu ilin 24 yanvar tarixində 13 nəfərlik namizədlər siyahısı təqdim edir. Seçki Komisiyası sadəcə 5 nəfərin namizədliyini təsdiqləyir.


1. Axundov Böyük Bəy Ağa Bəy oğlu ( Aşağı Saral kəndindən)
2. Əlizadə Mirzə Rza Mahmud Alı oğlu ( Faxralı kəndi)
3. Mamedov Molla Abbas Hacı Qasım oğlu ( Axlı Mahmdulu kəndi)
4. Mursaqulov İbrahim Bəy Hacı Ağa oğlu (Qızılhacılı kəndi)
5. Qurban Hasan oğlu (Saraçlı kəndi)

Biz bu yazımızda Faxralı kəndindən namizəd olan Əlizadə Mirzə Rza Mahmud Alı oğlu barədə məlumat verəcəyik.Əlizadə Mirzə Rza Borçalı Mahalının Faxralı kəndində doğulub.

Təhsilini Qori müəllimlər seminariyasında aldıqdan sonra Tbilisi şəhərində işləyib.(şəkil 1: Qori müəllimlər seminariyasında təhsil alarkən 1895-ci ildə çəkilib) .

Tbilisi şəhərində Çar Rusiyasının o dövrkü Təhsil Nazirliyinin Türk dili şöbəsində məsul vəzifədə çalışıb. SSRİ qurulmasından sonrada Tbilisidə işləməyə davam edib.

Təxminən 1935-37-ci illərə qədər Tbilisidə işləyir.Bir hadisə üzərinə təqib olunduğunu bilir və gizli olaraq Borçalı üzərindən qaçaq yolla Türkiyənin Kars şəhərinə keçir, orada yaşamağa davam edir. Sonrakı dövrlərdə Türiyədə ailəsi Turan soyadını götürür.

Mirzə Rzanın oğlu sonra Türkiyə Cumhuriyətində böyük vəzifədə çalışır.

Gündəlik Gürcüstan

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina