Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

70 YAŞIN MÜBARƏK, YƏHYA MÜƏLLİM!

Yəhya Namaz oğlu Çobanov 1935-ci ildə Borçalıda – Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olmuşdur. 0,1955-ci ildə Darvaz orta məktəbini bitirdikdən sonra Borçalı Pedaqoji Texnikumunda oxumuş, 1959-cu ildə texnikumu bitirərək pedaqoji fəaliyyətə başlamışdır. Bolnisi rayonunun bir sıra kəndlərində müəllimlik etmiş, eyni zamanda Gəncə Dövlət Pedaqoji İnstitutunda ali təhsil almışdır. 1968-ci ildə həmin institutun riyaziyyat fakültəsini bitirmişdir.

Yəhya Namaz oğlu həmçinin Sovet Ordusu sıralarında hərbi xidmətdə də olmuşdur. O, hələ gənclik illərində idmanın bir neçə növü ilə məşğul olmuş, xüsusilə ağırlıqqaldırma sahəsində fərqlənmiş, güclü pəhləvantək tanınmışdır. Onu tanıyanlar yaxşı bilir ki, Yəhya müəllimin bacarmadığı iş, sənət sahəsi yoxdur. Onun yağlı boya ilə işlədiyi onlarla rəsm əsəri sənətkarlıq baxımından diqqəti çəkir.

O, bu gün unudulmaqda olan bir sıra xalq sənətinin gözəl bilicisi və yaşadıcısı kimi də tanınır. Xüsusilə milli musiqi alətlərimizi (saz, tar, qara zurna, tütək, nağara və s.) böyük ustalıqla düzəldir, eyni zamanda həmin alətlərdə ifa etməyi də bacarır.

Yəhya Namaz oğlu bədii yaradıcılıqla da məşğul olur. Onun şeirləri Gürcüstanda və Azərbaycanda nəşr olunan müxtəlif mətbuat orqanlarında, poeziya toplularında çap olunmuşdur. İndiyədək 6 kitabı – “İlk məhəbbətim”, “Gözlə məni”, “Gənc nəsillər”ə, “Qıfılbəndlər və deyişmələr” və “Fani dünya” kitabları işıq üzü görmüş, bir kitabı isə nəşrə hazırdır. O, qələmini müxtəlif janr-larda sınamış, ustadnamələr, qoşmalar, gəraylılar, təcnislər, dodaqdəyməzlər, dilitərpətməz təcnislər, dilitərpənməz-dodaqdəyməz təcnislər, qıfılbəndlər, həcvlər, deyişmələr, hərbə-zorbalar, poemalarla yanaşı, hekayə və dastanlar da çap etdirmişdir.

O, həmçinin ustad aşıqların qıfılbəndlərini açmaqda da özünü göstərmişdir (Aşıq Ələsgər və s.)

40 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olan Yəhya müəllim daim elin xeyir-şərində yaxından iştirak edərək xeyirxahlığı ilə böyük hörmət qazanmışdır. O, bu gün də çoxsahəli fəaliyyəti ilə həmyerlilərinə xidmət edir. Ən böyük mükafatı elin hörməti olan Yəhya müəllim “Əmək veteranı” medalı ilə təltif olunmuşdur.

Bu günlərdə Yəhya mülləmin anadan olmasının 70 illiyi tamam olur. Ömrünün müdriklik zirvəsində olan Yəhya müəllimi bu yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Arzulayırıq ki, bir el ağsaqqalı kimi daim müdriklik zirvəsində olsun, heç zaman eldən əskik olmasın. Axı, həm xeyirxah əməlləri, həm də dəyərli məsləhətləri və könüloxşayan şeirləri ilə seçilir və elə ona böyük hörmət və nüfuz qazandıran da bu keyfiyyətlərdir.

Yəhya müəllim haqqında çox danışmaq olar. Onun keçdiyi ömür yolu, həyat fəaliyyəti və bədii yaradıcılığı barədə söz açmaq bir qəzet yazısında mümkünsüzdür. Bu səbəbdən də biz daha ətraflı yazmaq borcunu üstümüzdə saxlayaraq hələlik bu yazını burda tamamlayır və deyirik:

70 yaşın mübarək, Yəhya müəllim, 100-də görüşənədək!

 

Musa NƏBİOĞLU

“Borçalı” qəzeti, avqust 2005

 

P.S. Yəhya müəllim artıq ömrünün 83-cü baharını yaşayır. Ona uzun və sağlam ömür arzulayırıq.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina