Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

YAŞASAYDI 70 YAŞI OLACAQDI...

Əslində bu yazı çoxdan yazılmalı idi. Yəni onun qarşısındakı mənəvi borcumu çoxdan yerinə yetirməliydim. Görünür qismət bu günəymiş. Bu günlərdə ömür-gün yoldaşı Nata xanım zəng edib deyəndə ki, may ayının 1-də Tofiq müəllimin 70 yaşı tamam olur, neçə illərdir onunla bağlı içimdə gəzdirdiyim hisslər yenidən baş qaldırdı, hətta indiyədək bu yazını yazmadığıma, daha doğrusu, yaza bilmədiyimə görə özümü qınadım da. Xəyal məni bir neçə onillik geriyə - XX əsrin yetmişinci illərinə apardı. Onda mən tələbə idim, o isə ali məktəbi bitirmişdi, aspiranturada oxuyur, elmi-tədqiqatla məşğul olurdu.
O zaman Bakıda borçalılar indiki kimi çox deyildi, ancaq ali təhsil aldıqdan sonra təyinatla burda qalıb işləyənlər və bir də tələbələr idi. Tofiq müəllimin Bakıda ayrıca evi vardı və bu kiçik, xudmani ev darvazlı tələbələrin böyük ürək və ərklə üz tutduğu bir ocaq, bir növ görüş yeri, onları öz ətrafında birləşdirə bilən məkan idi. Hansımızın bir problemimiz olsaydı, üz tuta biləcəyimiz ünvan kimi ilk ağlımıza gələn Tofiq müəllim, onun müqəddəs ocağı idi. Məndən böyük idi - aramızda on yaş fərq vardı, amma heç zaman bunu hiss etdirməzdi. Hər görüşümüzdə bir çətinliyimizin olub-olmamasıyla maraqlanar, tövsiyələrini verərdi.
Məni onunla çox şeylər bağlayırdı: kənddə ailəvi olaraq isti münasibətimiz vardı, özü böyük qardaşlarımla eyni vaxtda təhsil almışdı, kiçik qardaşı Xıdırla bir sinifdə oxumuşdum, üstəlik mən də onun kimi bioloq olacaqdım. Yaxşı xatırlayıram, hər görüşümüzdə mənə tövsiyə edərdi ki, təhsilimi davam etdirərək aspiranturanı da oxuyum. Sonradan iş elə gətirdi ki, ali məktəbi bitirdikdən sonra mən təyinatla gedib Gürcüstanın dağlıq rayonlarından birində müəllim işləməli oldum. Ancaq əvvəlki səmimi münasibətimiz yenə də davam etdi. Kəndə hər gəlişində görüşüb fikir mübadiləsi etdik, dəyərli məsləhətlərini dinlədim.
Olduqca səmimi, təvazökar, yorulmaz və tutduğu yolda prinsipial idi. Alman filosofu Şopenhauer bu fikrini sanki onun kimiləri nəzərdə tutaraq demişdi: "Böyük zəkalar bəşəriyyətə nə verməlidirlərsə, onlar onu artıq gənclikdən toplamağa başlayırlar".
...Tofiq Oruc oğlu Məmmədov 1948-ci il may ayının 1-də Borçalıda - Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1965-ci ildə burada orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsinə daxil olub. 1970-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini aspiranturada davam etdirib. "Ev və vəhşi heyvanların müqayisəli kariologiyası" mövzusunda elmi araşdırmalar aparıb. Bir sıra çətinliklərlə üzləşsə də, heç nə onu qarşısına qoyduğu məqsədə gedən yoldan döndərə bilməyib. Məhz onun apardığı elmi araşdırmalardan sonra orta məktəblərin biologiya dərsliklərində müəyyən dəyişikliklər də edilib. Aspirantura təhsilini bitirdikdən sonra fəaliyyətini Akademiyanın Zoologiya İnstitutunda davam etdirib, namizədlik dissertasiyasını müdafiə edib. Bir müddət bu institutda baş elmi işçi kimi çalışdıqdan sonra fəaliyyətini Müəllimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. 1985-ci ildən isə Azərbaycan Dövlət Tibb Universitetinin Biologiya və genetika kafedrasında dosent kimi elmi-pedaqoji fəaliyyətə başlayıb və ömrünün sonuna kimi bu elm ocağında çalışıb. Bu müddət ərzində bir çox elmi konfrans və simpoziumlarda iştirak edib, ölkəmizin və xarici ölkələrin nüfuzlu elmi jurnallarında məqalələri çap olunub, kitabları işıq üzü görüb. "İnkişafın biologiyası və genetikası", "Molekulyar biologiya və tibbi genetikadan məsələlər", "Dağ keçilərinin morfologiya və genetikası" və digər kitabları tibb universitetində və digər universitetlərin müvafiq fakültələrində dərs vəsaiti kimi bu gün də istifadə olunmaqdadır.
...Yuxarıda da qeyd etdiyim kimi, bu yazını çoxdan yazmaq istəyirdim, amma iş elə gətirdi ki, anadan olmasının 70 illik yubileyi ərəfəsinə təsadüf etdi. Və mən çox istərdim ki, haqqında ilk dəfə təxminən qırx il bundan əvvəl - dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini qazananda yazdığım və o vaxtlar Gürcüstanın Bolnisi rayonunda nəşr olunan "Qələbə bayrağı" qəzetində çap olunmuş yazım kimi, bunu da ilk olaraq özü oxuyaydı. Amma təəssüf ki, o, bu yubiley yaşına çatmadığı kimi, yazını da oxuya bilməyəcək. Çünki amansız ölüm onu düz on il bundan əvvəl - 2008-ci ilin payızında aramızdan apardı. Azərbaycan elmi məhsuldar elmi fəaliyyəti ilə seçilən bir alimini, Borçalı və Darvaz kəndi yurdsevər, daim elinə-obasına bağlı olan bir eloğlunu, dostları sədaqətli bir dostu, Nata xanım vəfalı ömür-gün yoldaşını, övladları isə qayğıkeş bir atanı itirdilər. Onu sevənlərin bu gün bir təsəllisi var ki, özü bu dunyada olmasa da, işıqlı xatirəsi ürəklərdə yaşayır. Yurdunda Əbdürəhman kimi ləyaqətli oğlu var.
P.S. Bu yazını 70 illik yubileyinə səni sevənlərin bir təbrik ərməğanı kimi qəbul et, əzizim Tofiq müəllim! Ruhun şad olsun!
 
Musa NƏBİOĞLU
Əməkdar Mədəniyyət İşçisi

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina