Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gənclərimiz N.Nərimanovu azərbaycan və gürcü xalqları arasında “Dostluq Simvolu” kimi tanımalıdır

 Bu məqaləni yazmaqda əsas məqsəd gənclərə N.Nərimanovu doğru-dürüst, mübaliğəsiz, tarixi faktlar əsasında tanıtdırmaqdır. Təəssüf hissi ilə qeyd etməliyəm ki,, bu gün aramızda Nərimanovun adını eşitməyənlər və ya yalnız bu adı eşidib onun həyat və yaradıcılığından, onun millətimiz üçün gördüyü işlərdən bixəbər olanların sayı çoxluq təşkil edir.  

Gənclərimiz N.Nərimanovu gözəl bir əllim, pedaqoq kimi tanımalıdır. Nərimanov Gürcüstanda,Tiflisdə (1870-ci il) anadan olub, Qori müəllimlər seminariyasını bitiribdir. Borçalı mahalının Qızılhacılı məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Məhz yüksək pedaqoji fəaliyyətinə görə dövrünün ən yüksən orden və medalları ilə təltif edilmişdir.

Gənclərimiz N.Nərimanovu gözəl bir həkim kimi tanımalıdır. Nərimanov Novorossiysk (Odessa) Universitetinin tibb fakultəsini bitirmişdir və həkimlik peşəsini ömrünün sonuna kimi yaşatmışdır. Heç kəsə sirr deyil ki, Nəriman Nərimanov həkim kimi kasıb və ehtiyac içində olan insanları təmənnasız müalicə edirdi, hətta öz cibindən pul xərcləyib xəstələrin dərmanını alırdı. Sual olunur, bü gün belə fədakarlıqlar edən neçə həkim tanıyırsınız? Bu gün Hippokrat andına sadiq qalan neçə həkim tanıyırsınız?

Gənclərimiz N.Nərimanovu  maarifpərvər bir insan kimi tanımalıdır. Nərimanov ilklərə imza atmış bir şəxsdir, ilk kitabxana, ilk qiraətxana, ilk konstitusiya, ilk Azərbaycan dilinin qrammatikası bağlı kitabın, dərsliyin müəllifidir, Azərbaycan dilinin dövlət dili elan olunmasında əməyi böyük olmuşdur. Əsasını qoyduğu ilk kitabxana el arasında “Nərimanov kitabxanası” kimi tanınırdı. Müsəlmanlar üçün bu kitabxana pulsuz idi, digər qeyri millətlərin nümayəndələri isə kitabxanadan istifadə üçün az miqdarda pul ödəyirdi. Baxmayaraq ki, kitabxananı saxlamaq xərci gəlirindən çox idi, Nərimanovun əsas məqsədi ilbəil bu kitabxanadan istifadə edən müsəlmanların, kitab oxuyanların sayının artmasına nail olmaq idi. Müəyyən vaxt keçdikdən sonra Nərmanov məqsədinə nail oldu, belə ki, kitabxanadan istifadə edən müsəlmanların sayı getdikcə artırdı.

Gənclərimiz N.Nərimanovu görkəmli dramaturq, yazıçı, publisist kimi tanımalıdır. N. Nərimanovun “Nadir Şah”, “Bahdur və Sona” kimi şah əsərləri var, ancaq onun ilk qələm təcrübəsi Gürcüstanda tamamladığı “Nadanlıq” əsəri olubdur. Bir tək bu əsəri oxuduqda insan başa düşür ki, bu əsəri o necə bir ürək ağrısı ilə yazıbdır. Onu bu əsəri yazmağa vadar edən də ətrafında olan nadanlar, cahillər, avamlar, elmsiz və təhsilsiz insanlar idi. Nərimanovu həmişə xalqının, millətinin xoşbəxt gələcəyi düşündürürdü və o çıxış yolunu da təhsildə, elmdə, savad sahibi olmaqda görürdü. Təəssüf ki, bu gün də bizim Gürcüstanda üzləşdiyimiz elə ən böyük problemimiz də təhsillə bağlıdır.    

Gənclərimiz Nərimanovu görkəmli ictimai-siyasi xadim kimi tanımalıdır. Nəriman Nərimanov ictimai-siyasi xadim kimi Naxçıvan, Qarabağ və Zaqatalanın Azərbaycanın tərkibində saxlanılmasına nail olmuşdur. Azərbaycanın paytaxt Bakı olmaqla SSRİ tərkibinə muxtar və quberniya kimi deyil, məhz müstəqil dövlət kimi daxil olmasında onun çox mühüm rolu olmuşdur. Bir gündə Qarabağı Azərbaycana qaytardı, Qarabağın Ermənistana birləşməsinə mane oldu. Bu faktlarla biz Nərimanovun cəsarətlə Stalinə və Leninə yazdığı məktubları oxuyarkən tanış oluruq. Nərimanovun rəhbərliyi dövründə qonşu dövlətlərlə dostluq münasibətləri qurulmuşdur. Türkiyənin xəritədən silinməsinə imkan verməmişdir, Atatürkə dar gündə dəstək olmuşdur, onun təşəbbüsü ilə Türkiyəyə tonlarla benzin, digər yanacaq və 500 kq qızıl göndərilmişdir, etdiyi böyük köməkliyi də belə qiymətləndirmişdir: “Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar.”
N.Nərimanov ateizmin, Allahın inkarı təbliğ olunduğu, dini dəyərlərə hücum edilən çətin bir dövrdə yaşayırdı. Bütün çətinliklərə, ixtilaflara baxmayaraq Sovetlər dönəmində kommunist hesab etdiyiniz N. Nərimanov Qurban, Ramazan, Mövlud (Məhəmməd Peyğəmbərin doğum günü) kimi dini bayramlarımızın, Aşura gününün, həmçinin Novruz bayramının istirahət günü olmasına nail olmuşdur. Hətta, “cümə axşamı”nı müqəddəs hesab edərək xəstələri pulsuz müalicə edərmiş, məhərrəmlik günlərində məscidə ərzaq göndərərmiş, dindarların repressiya qurbanına çevrilməsinin qarşısını almışdır.

Təəssüf ki, Ölkədə çoxluq təşkil edən milli azlıq kimi bu gün müstəqil olan, müstəqil qərarlar qəbul edən tolerant ölkə olan Gürcüstanda nədənsə bizim heç bir dini və ya milli bayramımız istirahət günü elan edilməyibdir...

N.Nərimanov bir çox ziyalı və tanınmış şəxslərin həyatını repressiya qurbanı olmaqdan xilas etmişdir, bunların arasında Hacı Zeynalabdin Tağıyev, Üzeyir Hacıbəyov, generallar Səməd bəy Mehmandarovun, Əliaga Şıxlinski də var idi.

Gənclərimiz N.Nərimanovu azərbaycan və gürcü xalqları arasında “Dostluq Simvolu” kimi tanımalı və qəbul etməlidir. N. Nərimanov o cümlədən onun babaları da azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynamışdır, haqlı olaraq N.Nərimanov kimi yazıçı-dramaturqlar iki xalq arasında “mənəvi körpü” hesab edilir. N.Nərimanov M.F.Axundovun davamçısıdır. Bu gün gürcü cəmiyyəti M.F.Axundovu necə qəbul edirsə N.Nərimanovu da elə qəbul etməlidir, çünki Nərimanov əslində hər iki xalqı birləşdirir, onun əsərləri gürcü dilinə tərcümə edilməlidir, gürcü cəmiyyəti arasında təbliğ olumalı və sevdirilməlidir. 

Nərimanovun ulu babası Kaxetiya valisi I İraklinin sarayında eşikğası olmuşdur. Babası Allahverdi bəy tanınmış musiqi xadimlərindən idi, şərq musiqi alətlərində ustalıqla ifa edirdi. Allahverdi bəy azərbaycan mahnıları ilə yanaşı gürcü mahnılarını məharətlə oxuyardu. O, gürcü şairi Nikolos Barataşvilinin atası ilə dost, Aleksandr Çavçavadze və Qriqol Orbeliani ilə şəxsən tanış idi. II İrakli Allahverdi bəyə bəyzadəlik mənsəbi belə vermişdir. 

Nərimanovun fəaliyyətinin müəyyən bir dövrü Həştərxanla bağlı olmuşdur. Həştərxan vilayətində N.Nərimanovun adını əbədiləşdirmək üçün Nərimanov rayonu, Nərimanov şəhəri və Nərimanovun adına park salınmışdır. Vaxt var idi elə  bu Marneuli şəhərində də Nərimanoba bayramı qeyd edilirdi, keçmiş prezident Eduard Şevernadze 1983-cü ildə Nərimanovun heykəlinin açılışında iştirak etmişdir, bu gün bu ənənələr davam etməlidir. Nərimanov Həştərxan vilayətində tanındığı qədər, hörmət edildiyi qədər Gürcüstanda da tanınmalı, hörmət və ehtiramla yad edilməlidir. Hər ilin 14 Aprel tarixində N.Nərimanov brt tək azərbaycanlı ziyalı və yazarlar tərəfindən deyil, həmçinin gürcü ziyalı və yazarları ilə birlikdə yad edilməlidir. Axı Nərimanov Gürcüstanda anadan olubdur...

Mən istəyirim ki, gənclərimiz milli dəyərlərimizi yaşatsınlar, tarixi şəxsiyyətlərimizi yaşatsınlar. Milli dəyər bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir, milli dəyər bizləri digər millətlərdən, xalqlardan fərqləndirən əsas xüsusiyyətdir. Milli dəyərlər bizim şərəfimiz, namusumuz, qeyrətimizdir, milli dəyərləri qoruyun, milli dəyərlərin ayaqlar altına atılmasına imkan verməyin. Milli dəyərləri qoruyub saxlamaq hər birimizin “mənəvi borcu”dur.

 

Aygül İsayeva

İqtisadiyyat üzrə fəlsəfə doktoru

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina