Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Manager

Manager

ELsad

Saytın URL:

İMAN ƏLİYEV

Çərşənbə, 12 Mart 2014 18:51 Nəşr et Hüquq-mühafizə işçiləri

İman Musa oğlu Əliyev 1938-ci ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olmuşdur. O, 1946-cı ildə Darvaz orta məktəbinin birinci sinfinə daxil olmuş, həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır.

RASİM ŞAHBAZOV

Çərşənbə, 12 Mart 2014 18:32 Nəşr et Kənardan olan məzunlar

Rasim Bilal oğlu Şahbazov 1964-cü il fevarlın 15-də Bolnisi rayonunun Dəmirli kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1981-ci ildə Darvaz orta məktəbini bitirmiş bir il sürücülük məktəbində oxuduqdan sonra 1982-ci ilin payızında ordu sıralarına çağırılmış, Pribaltika hərbi dairəsində hərbi xidmətdə olmuşdur.

TOFİQ ŞAHBAZOV

Çərşənbə, 12 Mart 2014 18:24 Nəşr et Kənardan olan məzunlar

Tofiq Bilal oğlu Şahbazov 1950-ci il iyun ayının 17-də Bolnisi rayonunun Dəmirli kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1961-ci ildə Dəmirli kəndindəki ibtidai məktəbi, 1967-ci ildə isə Darvaz orta məktəbini bitirmişdir. 1968-ci ildə sürücülük məktəbində oxuduqdan sonra Rustavi şəhərindəki 6 saylı avtomobil kolonasında sürücü kimi əmək fəaliyyətinə başlamışdır.

HACIMƏMMƏD HACIYEV

Çərşənbə, 12 Mart 2014 18:07 Nəşr et Rəhbər vəzifədə olanlar

Hacıməmməd Qurban oğlu Hacıyev 1926-cı ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olmuşdur. O, Darvaz kəndində ibtidai və natamam orta təhsil aldıqdan sonra 1939-cu ildə Başkeçid Pedaqoji texnikumuna daxil olmuşdur.

ALI ORDUXANOV

Çərşənbə, 12 Mart 2014 17:57 Nəşr et Rəhbər vəzifədə olanlar

Alı Qurban oğlu Orduxanov 1927-ci ildə Lüksemburq (Bolnisi) rayonunun Darvaz kəndində anadan olmuşdur. O, 1934-cü ildə Darvaz orta məktəbinin birinci sinfinə getmiş və 1944-cü ildə həmin məktəbi bitirmişdir.

ƏNVƏR ALLAHVERDİYEV

Çərşənbə, 12 Mart 2014 17:22 Nəşr et Rəhbər vəzifədə olanlar

Ənvər Məhərrəm oğlu Allahverdiyev 1927-ci ildə Lüksemburq (Bolnisi) rayonunun Darvaz kəndində anadan olmuşdur. 1934-cü ildə həmin kənddəki orta məktəbin birinci sinfinə daxil olmuş, 1944-cü ildə onuncu sinfi bitirmişdir. Elə həmin ilin yayında Gürcüstan Maarif Nazirliyinin Başkeçiddə təşkil etdiyi pedaqoji kursda oxuyaraq Darvaz orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.

İLYAS ƏLİYEV

Çərşənbə, 12 Mart 2014 17:02 Nəşr et Rəhbər vəzifədə olanlar

İlyas Ramazan oğlu Əliyev 1917-ci ildə Borçalıda – Yekaterinenfeld (Bolnisi) nümayəndəliyinin Darvaz kəndində anadan olmuşdur. O, burada yeddillik məktəbi bitirdikdən sonra təhsilini Tiflis Pedaqoji texnikumunda davam etdirmiş və orada təhsilini başa vurduqdan sonra doğma kəndindəki məktəbdə pedaqoji fəaliyyətə başlamışdır.

NADİR ƏHMƏDOV

Çərşənbə, 12 Mart 2014 16:52 Nəşr et Rəhbər vəzifədə olanlar

Nadir Rüstəm oğlu Əhmədov 1909-cu ildə Borçalının Yekaterinenfeld nümayəndəliyinin (indiki Bolnisi rayonu) Darvaz kəndində anadan olmuşdur. O, Ağbulaqda 7 illik məktəbi bitirdikdən sonra 1928-ci ildə Darvaz kənd ibtidai məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.

ƏLLƏZ MƏMMƏDOV

Çərşənbə, 12 Mart 2014 16:39 Nəşr et Rəhbər vəzifədə olanlar

Əlləz Novruz oğlu Məmmədov 1948-ci il dekabr ayının 4-də Bolnisi rayonunun Dravaz kəndində qulluqçu ailəsində anadan olmuşdur.

O, 1955-ci ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1966-cı ildə həmin məktəbi bitirmişdir.

M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitunun rus dili və ədəbiyyatı fakültəsini bitirmişdir.

İNDİ BİR AZ HAVALANDI

Çərşənbə axşamı, 11 Mart 2014 21:51 Nəşr et Lətifələr

 

Oğlu əsgərlikdə olan ana soyuq bir qış günündə odun gətirmək üçün həyətə çıxır. Qarın altından odun götürdükcə üşüyür və oğlunu xatırlayır:

– Eh, anan ölsün ay bala, bu soyuqda nə edirsən?

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina