Nahaq yerə demirlər ki, bir toy, bir də yas insanları bir-birinə daha da doğmalaşdırır. Hər iki halda insan kin-küdurətdən, nifrət hissindən uzaq olur. Toyda bir-birinin sevincinə şərik olur, yas düşdükdə isə qəmi bölüşürlər. Darvazlılar toyda, el şənliklərində olduğu kimi, yas mərasimlərində də həmişə özünəmxsus birlik nümayiş etdirib. Kənddə bir evdə düşən yas rəhmətə gedənin cavan, yaxud yaşlı olmasından asılı olmayaraq bütün kəndin itgisi olub.
Əfəndiyev Şirxan Hüsaməddin oğlu 22.02.1984-cü il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. 1990-cı ildə Darvaz kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1993-cü ilədək həmin məktəbdə oxumuşdur. 1993-cü ildə Bakı şəhərinə köçmüş, Nərimanov rayonu 66 saylı orta məktəbin 5-ci sinfində tədrisini davam etdirmiş və 2000-ci ildə qeyd olunan məktəbin 11-ci sinfini bitirərək, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. 2005-ci ildə təhsilini başa vurub Hüquqşünaslıq ixtisasına sahib olmuşdur.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
| Valyuta məzənnələri | ||
| Azərbaycan manatı | ||
| (RUB) | //-// | |
| (GBP) | //-// | |
| (EUR) | //-// | |
| (USD) | //-// | |
| Friday | +13° | 0° | |
| Saturday | +12° | 0° | |
| Sunday | +14° | +2° | |
| Monday | +12° | +1° | |
| Tuesday | +11° | -1° | |
| Wednesday | +10° | +1° |









