Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Manager

Manager

ELsad

Saytın URL:

NƏBİ ÇOBANOV

Şənbə, 08 Mart 2014 15:18 Nəşr et Rəhbər vəzifədə olanlar

Nəbi Namaz oğlu Çobanov 1926-cı ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. Doğma kəndində yed­dillik orta məktəbi bitirdikdən sonra təhsilini Başkeçid Pedaqoji Texni­kumunda davam etdirib.

MƏDƏD MURADOV

Şənbə, 08 Mart 2014 15:15 Nəşr et Rəhbər vəzifədə olanlar

Mədəd Səməd oğlu Muradov 1912-ci ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olmuşdur. İbtidai təhsilini Darvaz kəndində almışdır. İyirminci illərin sonlarında Tiflis Türk Pedaqoji Texnikumuna daxil olmuş, 1931-ci ildə oranı bitirmişdir. Elə həmin il öz kəndlərindəki natamam orta məktəbə müdir təyin edilərək maarif sahəsində fəaliyyətə başlamışdır.

CƏLAL AŞIROV

Şənbə, 08 Mart 2014 15:05 Nəşr et Rəhbər vəzifədə olanlar

Cəlal Əhməd oğlu Aşırov 1914-cü ildə Yekaterinenfeld (in­diki Bolnisi) nüma­yəndəliyinin Darvaz kəndində anadan olub.

O, Darvaz kəndinəki 7 illik məktəbi bitirdikdən sonra Tiflis Pedaqoji Texnikumuna daxil olub. 1934-cü ildə Texni­kumu bi­ti­rən C.Aşırov Darvaz 7 illik məktəbinə müdir vəzifəsinə təyin olunub.

VALEH HACIYEV

Şənbə, 08 Mart 2014 14:59 Nəşr et Elm adamları

Valeh Əlipaşa oğlu Hacı­yev 1951-ci ildə Bolnisi rayo­nu­nun Darvaz kəndində anadan olub. 1968-ci ildə orta məktəbi, 1973-cü ildə Azərbaycan Döv­lət Pedaqoji Dillər İnstitutunu (indiki ADDU) bitirib.

1973-cü ildə A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İns­titutunda Azərbaycan dili və ədə­­biyyatı kafedrasının müəl­limi kimi fəaliyyətə başlayıb, 1989-cu ildə həmin kafedranın müdiri seçilib.

MƏDƏD ÇOBANOV

Şənbə, 08 Mart 2014 14:21 Nəşr et Elm adamları

Mədəd Namaz oğlu Çobanov 1937-ci ildə Lüksemburq (in­diki Bolnisi) rayonunun Darvaz kən­din­də anadan olub. 1955-ci ildə orta məktəbi və 1960-cı ildə Tiflis Döv­lət Pedaqoji İns­titutunun tarix-fi­lo­logiya fakültəsini bitirib. Bir müd­dət Bol­nisi Rayon Komsomol və Rayon Partiya Komitəsində təli­matçı işləmişdir.

MƏHƏMMƏDƏLİ MƏMMƏDOV

Şənbə, 08 Mart 2014 14:13 Nəşr et Elm adamları

 

Məhəmmədəli Novruz oğlu Məm­­mədov 1934-cü ildə Lüksem­burq (in­diki Bolnisi) rayonunun Darvaz kən­dində anadan olub. 1953-cü ildə orta məktəbi, 1958-ci ildə Azər­bay­can Dövlət Universitetinin (indiki BDU) məntiq-psixologiya fakültəsini bitirib. 1959-cu ildə BDU-nun aspiran­turasına daxil olub.

POLAD GÜLMƏMMƏDOV

Şənbə, 08 Mart 2014 13:52 Nəşr et Elm adamları

Polad Fərman oğlu Gülməmmədov əslən Bolnisi rayonunun Darvaz kəndindəndir.

1973-cü ildə Donetsk şəhərində ziyalı ailəsində anadan olmuşdur. Donetsk rus orta məktəbini bitirmişdir.

 1996-cı ildə Donetsk Dövlət Tibb Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Donetsk vilayətində həkim-cərrah kimi başlamışdır.

TOFİQ MƏMMƏDOV

Cümə axşamı, 06 Mart 2014 20:57 Nəşr et Elm adamları

Tofiq Oruc oğlu Məmmədov 1948-ci ildə Bolnisi rayonunun Darvaz kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1965-ci ildə Darvaz kənd orta məktəbini bitirdikdən sonra ADU-nun biologiya fakültəsinə daxil olmuşdur. 1970-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan SSR EA-nın Genetika və seleksiya İnsitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. Həmin ilin dekabr ayında ADU-nun biologiya fakültəsinin zəmanəti ilə EA-nın Zoologiya İnstitutunda Heyvanlarm genetikası laboratoriyasına istehsalatdan ayrılmaqla aspiranturaya daxil olmuşdur.

SERGEY ƏHMƏDOV

Cümə axşamı, 06 Mart 2014 20:37 Nəşr et Elm adamları

Sergey Xıdırnəbi oğlu Əhmədov 1941-ci ildə Borçalı mahalının Bolus nümayəndəliyinin (indiki Bolnisi rayonu) Darvaz kəndində anadan olmuşdur. Orta təhsilini Bolnisi şəhərindəki rus orta məktəbində almışdır. 1957-ci ildə A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinə daxil olmuşdur. 1961-1965-ci illərdə əvvəlcə Bolnisi rayonunun Kəpənəkçi kəndində, sonra isə rayon mərkəzindəki rus orta məktəbində müəllim işləmişdir.

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina